AK Fələstinə humanitar yardım üçün 125 milyon avro ayıracaq

Avropa Komissiyası (AK) 2024-cü ildə Fələstinə humanitar yardım üçün 125 milyon avro ayıracaq.

Operativtv.com Unikal-a istinadən xəbər verir ki, bu barədə AK-nin saytında dərc olunmuş bəyanatda deyilir.

“Yaxın Şərqdə humanitar vəziyyət pisləşməkdə davam etdiyi üçün Avropa Komissiyası 2024-cü ildə Fələstin xalqına humanitar yardım üçün 125 milyon avro ayıracaq”, - bəyanatda deyilir.

Qeyd olunur ki, bu maliyyə həm Qəzza zolağında, həm də İordan çayının qərb sahilində fəaliyyət göstərən humanitar təşkilatlara dəstək üçün istifadə olunacaq.

Bundan əvvəl BMT-nin baş katibi Antonio Quterreş təşkilatın Təhlükəsizlik Xidmətinin iclasında Qəzza zolağına humanitar yardımın uğurla çatdırılması üçün heç bir şəraitin qalmadığını bildirmişdi.