Yəmən ABŞ-ın böyük neft şirkətlərini təhdid edir

Yəməndəki Ənsarullah Hərəkatı ABŞ-ı hədəfə alıb, ölkənin böyük neft şirkətlərinə hücum təhlükəsi ilə xəbərdarlıq edib.

Yəməndəki Ənsarullah Hərəkatı ABŞ-ı hədəfə alıb, ölkənin böyük neft şirkətlərinə hücum təhlükəsi ilə xəbərdarlıq edib.

Qətərdə yerləşən Əl-Cəzirə və Reuters-in məlumatına görə, Sənadakı "Humanitar Əməliyyatlar Koordinasiya Mərkəzi" Ənsarullah və ticarət gəmiçilik şirkətləri arasında vasitəçilik edir. Mərkəz 13 Amerika şirkəti, 9 fiziki şəxs və 2 gəmini sanksiya siyahısına daxil etdiyini açıqlayıb.

Mərkəz bəyan edib ki, “intiqam prinsipi”nə uyğun olaraq, bu qurumlara bağlı tərəflərə qarşı sərt tədbirlər görüləcək və onlar birbaşa təhdidlərə məruz qalacaqlar.

Sanksiya siyahısına ConocoPhillips və Diamond S Shipping kimi böyük şirkətlər daxildir.

2023-cü ildən bəri Ənsarullah Qırmızı dənizdə İsrail rejiminə bağlı gəmilərə hücumlarını artıraraq, bu hücumların Qəzzadakı fələstinlilərə dəstək olduğunu bəyan edib.

Bu həftə qrup Ədən körfəzində Hollandiya bayrağı altında üzən gəmini hədəfə alıb. Hücum nəticəsində iki ekipaj üzvü yaralanıb, gəminin bir hissəsi yanğın nəticəsində zədələnib.