Türkiyədən oğurlanan nadir Quran nüsxəsi geri qaytarıldı

Osmanlı xəttatlığının banisi sayılan xəttat Şeyx Həmdullahın oğlu Mustafa Dədə tərəfindən 16-cı əsrdə yazılmış Qurani-Kərim nüsxəsi Türkiyəyə geri qaytarılıb.

Az.shafaqna.com türk mediasına istinadən xəbər verir ki, bu barədə Türkiyənin mədəniyyət və turizm naziri Mehmet Nuri Ersoy məlumat verib.

Xatırladaq ki, həmin nüsxə 2017-ci ildə Türkiyədən qeyri-qanuni şəkildə çıxarılaraq İngiltərədə satışa çıxarılmışdı.

Qeyd edilib ki, sözügedən nüsxə Türkiyə İslam İncəsənəti Müzeyində sərgilənəcək.