Təl-Əvivin Kiprdə liman tikməkdə gizli məqsədləri

İsrail rejim mediaları Təl-Əvivin Kiprdə liman tikməsinin gizli hədəflərinə işarə edərək yazıblar ki, Livan Hizbullahı ilə genişmiqyaslı müharibə olacağı təqdirdə Hayfa limanının iflic vəziyyətinə düşəcəyindən qorxan bu rejim Kiprin Larnaka şəhərində alternativ liman tikmək niyyətindədir.

Sionist mənbələr İsrail rejiminin nəqliyyat nazirliyinin 60 gün ərzində Kiprin Larnaka şəhərində daha bir lövbər tikməyi qarşısına məqsəd qoyduğunu bildiriblər.

Lövbərin tikintisi və istismarı üzrə işlər ABŞ-ın Qəzza sahillərində onların iddia edilən humanitar yardımların ötürülməsi üçün müvəqqəti limanın yaradılması üzrə cədvəli və zaman proqramına uyğundur.

Bu xəbərə görə, dərc edilən xəbərin əksinə, bu lövbərin tikilməsində əsas məqsəd Qəzzaya yardım göndərilməsi deyil, Hizbullahla genişmiqyaslı müharibə zamanı Hayfa limanının sıradan çıxması halında qabaqlayıcı tədbir görməkdir.

Bu xəbərə görə, sionist mənbələr digər məqsədə də işarə edərək onun Səudiyyə Ərəbistanı ilə münasibətlərin normallaşması ilə bağlı olduğunu bildiriblər. Mənbələr qeyd ediblər ki, bu limanın Ər-Riyadla normallaşma və sionist rejim vasitəsilə Avropa ilə Hindistan arasındakı əlaqə istiqamətində alternativ nəqliyyatın bir hissəsi olması nəzərdə tutulur.

 

İRNA