"Sumqayıt" darmadağınla mərhələ adladı

Futbol üzrə Azərbaycan Kubokunda II təsnifat mərhələsinin daha bir oyunu keçirilib.

Unikal xəbər verir ki, günün sonuncu matçında "Sumqayıt" "Lerik"lə üz-üzə gəlib.

Qarşılaşma "gənclik şəhəri" təmsilçisinin 4:0 hesablı qələbəsi ilə bitib. Komanda 1/8 finalda "Karvan"la görüşəcək.