Son üç gün ərzində onlarca inanclı saxlanılıb

Ölkədə inanclıların reperesiyası dalğası davam edir. Qeyri dəqiq məlumata görə son üç gündə saxlanılan inanclıların sayı 40-ı keçib. Ailələrin bəziləri saxlanılan şəxslərin azad olunacaqlarını, bəziləri isə xəbərin mediaya çıxacağı halda daha ağır cəza növü ilə cəzalanacaqları qorxusu ilə bu barədə məlumatın yayılmasının qəti əleyhinədirlər. Lakin Azərbaycanın müxtəlif bölgələrini əhatə edən həbslərin dinc inanclıların narkotik ittihamı ilə saxlanılma faktı onların sayının durmadan və sürətli artığını göstərir. Sosial mediada adı keçən Astara rayon Suparibağ kənd sakini, müəzzin Bəxtiyar Məmmədov, Astara rayonu Ərçivan qəsəbə sakini Eyvaz Baxşıyev, Beləsuvar rayon sakini Rahil Ağayev, Neftçala sakini-Şəhid qardaşı Hüseyn Rzayev, Nəsrəddin Nəsirov, MBH üzvü Ceyhun Hacıyev və sairlər şiə əqidəsinə qarşı aparılan təmizləmə siyasətinin son qurbanları sırasındadırlar.
Həbslər isə davam etməkdədir. Heç bir səbəb və əsas göstərilmədən inanclılar saxlanılır və onlar narkotiklərlə bağlı ittihama məruz qoyulur. Dünən İranla bağlı gərginlik bu həbslərə səbəb olaraq göstərilirdisə, İranla münasibətlərdə düşən gərginlik hal-hazırkı vəziyyətdə bunu söyləməyə əsas verir ki, həbslərin yalnız bir adı var: Şiə inancı və İslamın ölkədə məhdudlaşdırılması.