Rejimin Mübarək Ramazan ayı öncəsi inanclı vətəndaşlara hədiyyəsi

Ötən il yaşadığımız durum bu ildə təkrarlanmaqdadır. Belə ki, keçən il Mübarək Ramazan ayı öncəsi bu rejim inanclı vətəndaşlarını saxta ittihamlarla həbs etməyə başladı. Hətta mübarək Ramazan ayında oruclu insanların saxta narkotik ittihamı ilə həbs edilməsinə fasilə verilmədi, nə mübarək Ramazan ayına, nə də ki, oruc tutan inanclılara hörmət qoyulmadı.

Təəssüf olsun ki, bu ildə yaxınlaşan mübarək Ramazan ayı ərəfəsində ötən il baş verən repressiyalara start verildiyini müşahidə edirik və aldığımız məlumata görə, təkcə bu gün altı nəfər inanclı rejim tərəfindən həbs edilib.

Artıq sionist, işğalçı, uşaq qatili İsrail rejiminin mübarək Ramazan ayı ərəfəsində yürütdüyü siyasəti ilə Azərbaycan hakimiyyətinin apardığı siyasətin üst-üstə düşdüyünü görmək heç kim üçün çətin deyil. Belə ki, İsrail rəsmisinin "Ramazan ayında fələstinlilərin Məscidül-Əqsaya girişlərinə" qoyduğu məhdudiyyət və işğalçı baş nazirin bunu təsdiqləməsi, digər tərəfdən işğalçı müharibə nazirinin "Ramazan ayına qədər Refaha hücumların intensivləşdirilməsi haqqında" söylədikləri və Azərbaycan hakimiyyətinin mübarək Ramazan ayı öncəsi dindarlara qarşı qara-yaxma, şərləmə və həbs dalğası idarəçiliyin mahiyyətini və bir yerdən idarə olunmasını çılpaqlığı ilə nümayiş etdirir.

Bir daha üzümü hakimiyyətə tutub, repressiyalara son qoymağa çağırıram. Mübarək Ramazan ayı ilə Novruz bayramının üst-üstə düşdüyü bu günləri uşaqları gözü yaşlı, gözü yolda, atasız bayram keçirməyə məruz qoymayın! Ocaqları başsız qoymayın! Valideynləri övlad həsrətində buraxmayın! Xanımları həyatlarına yoldaşsız davam etməyə məcbur qoymayın! Həqiqi cinayətkarlar cəmiyyətdə qol-budaq atdığı halda günahsızları zindanlara məhkum etməyin!

Son olaraq, bilin ki, ağsaqqal və ağbirçəklərin ucalan ah-naləsi, uşaqların məsum gözlərindən süzülən gözyaşları, başsız qoyduğunuz inanclı bacıların nifrini sizi pis tutacaq!

İmam Hüseyn (ə): "Dininiz yoxdur, heç olmasa kişiliyiniz olsun...!"

 

 

 - İlahiyyatçı Toğrul Nuriyev.