Pakistanda dəhşətli yanğın: 11 ölü

Pakistanın Kəraçi şəhərində ticarət mərkəzində baş verən yanğında ilkin məlumata görə, 11 nəfər ölüb, 22 nəfər yaralanıb.

Operativtv.com Az.rasthaber.com-a istinadən xəbər verir ki, ölkə mətbuatında yer alan xəbərlərə görə, Karaçinin Rəşid Minhas küçəsində yerləşən 6 mərtəbəli ticarət mərkəzində naməlum səbəbdən yanğın baş verib.

İlkin məlumata görə, yanğın zamanı 11 nəfər həlak olub, 22 nəfər isə yaralanıb.

Səlahiyyətlilər ticarət mərkəzində sıxışmış 50 nəfərin xilas edilməsi üçün işlərin davam etdiyini bildirib.

“TRT Haber”in məlumatına görə, bölgəyə göndərilən yanğınsöndürmə briqadaları yanğını söndürməyə davam edir.