Pakistan Rusiya ilə əməkdaşlığı gücləndirmək niyyətindədir

Pakistanın Baş naziri Şahbaz Şərif bildirib ki, ölkə Rusiya ilə ikitərəfli əməkdaşlığı genişləndirmək niyyətindədir.

Baş nazir bunu Rusiyanın bu ölkədəki səfiri Albert Xorev ilə görüşündə deyib.

Görüş zamanı Baş nazir Rusiya tərəfini iki ölkə arasında ticarət və investisiya əlaqələrinin mövcud səviyyəsinin artırılması yollarını müəyyən etmək üçün həmkarları ilə danışıqlar aparmaq məqsədilə İslamabada nümayəndə heyəti göndərməyə çağırıb.

O, həmçinin Rusiya Prezidenti Vladimir Putinin Pakistana rəsmi səfərə dəvət olunduğunu təsdiqləyib.

Məlumatı “Geo” telekanalı yayıb.

 
 
APA