O, yenidən UEFA prezidenti olacaq

UEFA-nın hazırkı prezidenti Aleksandar Ceferin yenidən seçiləcək.

Operativtv.com Unikal-a istinadən xəbər verir ki, o, bu ilin aprelində UEFA Konqresində prezidentliyə iddialı yeganə namizəd olacaq.

55 yaşlı Ceferin ilk dəfə 2016-cı ildə UEFA-nın prezidenti seçilərək, etik qalmaqal nəticəsində UEFA-dan ayrılan Mişel Platinini əvəzləyib.

2019-cu ildə sloveniyalı Aleksander Ceferin yenidən UEFA-nın rəhbəri seçilib.