"Məhbuslar yerdə yatır
Rahat kameralar pulla satılır"
Siyasi məhbus, narkotik ittihamı ilə şərlənib həbs edilən Məmmədov Əsgər Eyvaz oğlu 23 Sentyabr tarixindən aclıq aksiyasına başlayıb. O, saxlanma şəraitindən narazıdır və həbsxana əməkdaşları tərəfindən daim təzyiqə məruz qaldığını bildirib:
"3 ay öncə məni 10 saylı Cəzaçəkmə Müəssisəsinə köçürdlər. Bura cəzaçəkmə müəssisəindən daha çox rəhbərliyin şəxsi obyekti kimi fəaliyyət göstərir.
Məhbusun pulu varsa cənnətdədir, pulu yoxdursa cəhənnəm əzabı verirlər. Pulsuz məhbuslara yatmaq üçün çarpayı, döşək verilmir deyə, yerdə, betonun üstündə yatırlar. Bizim saxlanma şəraitimiz çox pisdir. Dəfələrlə atam 10 saylı Cəzaçəkmə Müəssisəsinin rəhbərliyinə, Pentensiar Xidmətə, Ədliyyə Nazirliyinə, Ombudsman Aparatına müraciət etsə də şikayətinə baxılmayıb. Mən bura köçürüləndən xəstəyəm. Başıma nəsə gəlsə bilin ki səbəbkar buranın rəhbərliyidir. Boş yerlər olduğu halda mənə yer vermirlər. Çünki pulum yoxdur. Şəraiti olan "barakların" satış qiyməti 1000 manatdan satırlar.
Haqqımı tələb etdiyimə görə, mənə qarşı qərəzli münasibət var. Hər addımda mənə qarşı qərəzli münasibətdən cana doymuşam."
Qeyd edək ki, eyni problemlə bağlı digər məhbuslar da müraciət ediblər.
YADDAŞ
Mingəçevir sakini, Məmmədov Əsgər Eyvaz oğlunu 22 sentyabr tarixində oğurlayıblar.
Xırdalanda kirayədə yaşayan Əsgər Məmmədovu bir qadın məddahlıq etmək üçün məclisə çağırıb və məclisin göstərildiyi məkana gedəndə onu mülki geyimli şəxslər oğurlayıb.
Əsgər Məmmədovun həbsinə səbəb sosial şəbəkələrdəki fəaliyyəti olub. Məddah kimi tanınan dindarın işinə Bakı Ağır Cinayətlər Məhkəməsində baxılıb. O, 3 il müddətinə azadlıqdan məhrum edilib.
Arzu Abdulla
Siyasi məhbus Əsgər Məmmədov aclıq aksiyasına başladı