Sənada Şəhid Nəsrullahın anım mərasimi keçirilib

Bu səhər (bazar günü) Yəmənin paytaxtı Sənada rəsmilərin və ictimaiyyətin iştirakı ilə Müqavimətin böyük liderləri – Şəhid Seyyid Həsən Nəsrullah və Şəhid Seyyid Haşim Səfiəddinin anım mərasimi keçirilib. Mərasim zamanı ölkənin tanınmış rəsmiləri və şəxsiyyətləri çıxış edərək "Müqavimət Seyyidi"nə olan sədaqət vədlərini yeniləyiblər.

Bu kontekstdə Yəmənin Ali Siyasi Şurasının üzvü Məhəmməd ən-Nüeymi öz çıxışında bildirib: "Şəhid Seyyid Həsən Nəsrullahın müqəddəs qanı qələbəyə aparan yolu işıqlandırır və zalımların taxt-tacını öz təməllərinə qədər sarsıdır."

Sionist düşmənə xəbərdarlıq edən Yəmən rəsmisi deyib: "Şəhid Seyyid Həsən Nəsrullahın qanı təkəbbürlü qüvvələrə qarşı mübarizəmizdə yaşayacaq və əzmimizi, qətiyyətimizi gücləndirməkdədir."

Ən-Nüeymi əlavə edib: "Şəhid Seyyid Həsən Nəsrullah həm sözləri, həm də əməlləri ilə nümayiş etdirdiyi mövqe vasitəsilə gələcək nəsillər üçün örnək olan bir düşüncə məktəbini təmsil edirdi. O, əfsanəvi və müstəsna bir düşüncə məktəbinin təcəssümü idi; onun məktəbi, tıpkı İmam Hüseynin (ə) məktəbi kimi, gələcək nəsillərə ötürüləcək."

Eyni zamanda, Yəmən Alimlər Birliyinin üzvü Allamə Fuad Naci mərasimdəki çıxışında qeyd edib: "Şəhid Seyyid Həsən Nəsrullah sionistlərə qarşı mübarizə tənliyini dəyişən və İsrail üzərində qələbə qazanan ilk şəxs idi. O, bütün region üçün ümid və inam mənbəyi idi; o, 'əsrin cinayəti'nə qarşı qətiyyətlə dayanmışdı. Şəhid Seyid Həsən Nəsrullah üçün ən yaxşı tərif Yəmən İnqilabının lideri Seyid Əbdülməlik əl-Husi tərəfindən verilmişdir; o, Nəsrullahı 'İslam və bəşəriyyət şəhidi' kimi xarakterizə etmişdi.

Şəhid Seyid Həsən Nəsrullah coğrafi sərhədləri aşan İslam dünyasının böyük bir simvolu idi; o, dinin insanı ən yüksək məqama ucalda biləcəyinin canlı sübutu idi.

Yeni Yaxın Şərq' və 'Əsrin Sövdələşməsi' kimi məkrli sionist layihələrə qarşı tutduğu mövqe ilə Şəhid Seyid Həsən Nəsrullah özünü dövrün şəxsiyyəti və bütün regionda ümid və inam mənbəyi kimi təsdiqlədi.

Şəhid Seyid Həsən Nəsrullah təxminən yarım əsr ərzində sionistlərin böyük kabusu olmuşdur və bundan sonra da belə olacaq. 'Müqavimət Seyidi' öz ideologiyası, partiyası, döyüşçüləri və tərəfdarları vasitəsilə sionistlərin gözündə daim bir tikan kimi qalacaq; onun rolu və mövqeyi şəhadəti ilə sona çatmayacaq."

Çıxışını davam etdirən Yəmənli alim Şəhid Seyid Həsən Nəsrullahın Yəmənlə bağlı mövqeyinə toxunaraq deyib: "Yəmən xalqı heç vaxt unutmayacaq ki, Şəhid Seyid Həsən Nəsrullah hər kəsin onları tərk etdiyi bir vaxtda onların yanında dayanmışdı. Necə ki, Fələstindən Bosniya və Herseqovinaya qədər heç bir məzlum millət Şəhid Nəsrullahın mövqeyini və dəstəyini unutmayacaqsa, Yəmənin gələcək nəsilləri də 'Müqavimət Seyidi'nin bu şərəfli mövqeyini heç vaxt unutmayacaqlar." Yəmənli alim çıxışını belə yekunlaşdırdı: “Şəhid Seyid Həsən Nəsrullah və şəhid Seyid Həşim Səfiəddinin qiymətli qanı dünyanın simasını dəyişdirəcək və tərəzinin gözünü möminlərin xeyrinə çevirəcək coşğun bir sel kimi axacaq.”