Növbəti dəfə

Dinin dövlətdən ayrı olduğu bir ölkədə məhz hakimiyyətin dinə təpkisi səngimir. Bunu özünün siyasi oyununa alət etmək üçün rejimin oynamadığı oyun qalmayıb. Xalqın gözündə öz əməllərinə haqlılıq donu geydirməyə çalışan bu “idarəçilər” şiə əqidəsinə qarşı mübarizəni güya ölkədə “dövlətə yaranan təhdid” kimi dəyərləndirərək saxta oyunlar oynamaqda davam edir. Bir müddətdir sonsuz həbslərə start verdiyi inanclıların güya “İran cəsusu” adı altında həbsi də əslində ölkədə Aşura mərasimlərinə qarşı amansız reperesyalara görə gerçəkləşir. Rejim bunu etiraf edə bilmədiyi üçün buna saxta don geydirməklə “İran” adlı şou düzəltməyə çalışır. Bu yöndə yaltaq medianın üzdəniraq ünsirləri planlı icraat həyata keçirərək anti-şiə oyununu çox ustalıqla icra etməyə çalışır. Ancaq həqiqət, fitnəni aşkarlamaq üçün azca zamana ehtiyac duyur.

İllərdir ölkədə sünnü və şiə vəhdət şəklində yaşayır və heç zaman da aralarında problem yaşamır. Azərbaycan İsraillə bu qədər yaxınlıq yaşamayınca hər il iki məzhəb nümayəndələrinə ölkədə rəsmi qeyd olunan hər iki bayram-Qurban və Ramazan bayramlarını hər iki fiqhin əsaslarına uyğun qeyd olunmasına şərait yaradırdı. Lakin 2023-cü ilin gəlişi, sionizmin ölkədə genişlənən nüfuzu güya anti-İran görüntüsü ilə ölkənin şiə əqidəsini hər ötən gün məhdudlaşdırmaqda davam edir.

Bu aydın görünən bir həqiqətdir ki, müharibə İrana qarşı deyil. Ehtimal etsək ki, iddia edildiyi kimi İran cəsusu və ya bu kimi şəbəkələrin ifşası icra edilir. Lakin bir ağıllı məmur qalxıb deyə bilər ki, əhalisinin böyük əksəriyyətinin Şiə-Cəfəri olan bir ölkədə Ramazan bayramı və bayram namazını sünnü fiqhi ilə qeyd edib qılınması icazəli olduğu halda yalnız bir gün ölcəyə icazə verən rejim niyə sabahı günü şiə fiqhinə müvafiq bayram namazlarının qılınmasını məhdudlaşsın? Axı rəsmiləşəndən bu günə qədər bayram namazları məhz iki gün, hər iki məzhəbin baxışlarına müvafiq qılınıb. İndi nə oldu ki, məscidlər sünni fiqhi ilə namaz qıldığı halda ertəsi gün şiə fiqhinə müvafiq olan bir zaman məscidlərin önündə polis qoyularaq heç kəsi məscidə buraxmadılar?!

Bayram namazları vacib deyil, ancaq bu qədər sərt qadağalar buna birmənalı söyləməyə əsas verir ki, ölkədə müharibə şiəliyə qarşıdır. İran adlı şou bu cinayətin gizlədilməsi üçün hakimiyyətin növbəti yaratdığı illuziyadır.

Bu gün Ərəfə günü, sabah Qurban bayramıdır. Yəni şiə fiqhinə görə Qurban bayramı iyulun 29-u gününə təsadüf edəcək. Bu gün hakimiyyət yenə eyni ssenaridən çıxış edir. Hər kəsi yalnız bir gün, iyunun 28-i bayram namazı qılmağa dəvət edir. Bütün məscidlər sünnü fiqhinə müvafiq bayram namazı qılır. Şübhəsiz, sabah məscidlər önündə yenə polis postları qurulacaq və heç bir şiəni öz ölkəsində qanunla qadağan edilməyən bayram namazı qılmasına bu rejimin anti-şiə davranışı icazə verməyəcək. Hədəfsə bəllidir...

 

MBH mətbuat katibliyi