"Nə böyük xoşbəxtlikdir ki, ölkəmizi "Formula 1"-ə görə tanısınlar?" - Foto - Video

Məlum olduğu kimi 2018 FIA Formula 1 Dünya Çempionatının təqviminə əsasən təqvimin 4-cü yarışı 2018 Formula 1 Azərbaycan Qran Prisi 27-29 aprel tarixlərində paytaxt Bakıda keçiriləcək.

Yarışlardan öncə “Formula-1” Azərbaycan Qran-prisi ilə bağlı paytaxtın mərkəzi küçələrində təmir-tikinti işləri aparılır, xüsusi beton sədlər quraşdırılıb, yol kənarlarında metal sədlər çəkildi. Şəhərin mərkəzi küçələri, keçidlər bağlanılıb. Şəhər sakinlərinin buna münasibətini öyrənmək məqsədilə “Formula - 1 2018” yarışına görə küçələrin bağlanılması sizin gündəlik həyat tərzinizə maneçilik yaradırmı?” sualı ilə müraciət etdik. Cavablar müxtəlif oldu.