Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin 17 saylı Cəzaçəkmə Müəssisəsinin 3-cü dəstəsində cəza çəkən din məhbusları bəyanat yayıb. Hicaba qarşı qadağaya etiraz edən inanclıların göndərdiyi bəyanatda deyilir:
Bismilləhir-Rahmənir-Rahim!
Bağışlayan və mehriban Allahın adı ilə!
“Ey Peyğəmbər! Zövcələrinə, qızlarına və möminlərin zövcələrinə de ki, örpəklərini örtsünlər. Bu, onların tanınması və incidilməməsi üçün daha münasibdir...” (Əhzab surəsi, 59-cu ayə).
Milli kimliyimizdə xanım obrazını kəlağayısız təsəvvür etmək mümkün deyil. Xalqımızın iffət, namus və qeyrət rəmzi olan baş örtüyü əksəriyyəti müsəlmanlardan ibarət olan əhalinin müqəddəs kitabı Qurani-Kərimdə vacib buyurulub. And yerimiz olan Qurani-Kərimin hökmlərini heçə sayaraq ölkənin təhsil müəssisələrində və digər yerlərdə süni hicab qadağası tətbiq edənlər, görünür, nə milli mənsubiyyətlərinə, nə də müsəlman olmalarına dəyər verirlər.
Biz bu ölkənin inanclı vətəndaşları olaraq müvafiq orqanların məsələnin dini dəyərlər, milli kimlik və konstitusion hüquqlar nəzərə alınmaqla, layiqli həllini tapacağına ümid edirik.
Əks təqdirdə, etiraz və tələblərimiz yerinə yetirilənədək aclıq aksiyası keçirərək canımız və qanımız bahasına mübarizə aparacağıq. Ana, bacı və qızlarımızın başından açılacaq hər bir örtük bizim üçün kəfən olacaqdır.
İmza atan şəxslər: Qasımov Hüseyn, Şərifov Rövşən, Bədəlov Cəmil, Abdullayev Şirvan, Mustafayev Xalid, Adgözəlov Elçin, Hüseynov Tacəddin, Kərimov Fərman, Hüseynli Cavid, Hüseynli Ramiz, Rzayev Elşad, Afiqoğlu Elməddin, Orucov Samir, Qəmərli Xəyyam, Osmanov Edqar, Novruzov Qurban, Nəsirov Nəsrəddin, Muradov İbrahim, Ağayev İsmayıl.
12 oktyabr 2026-cı il
17 saylı Cəzaçəkmə Müəssisəsi, 3-cü korpus
Qızlarımızın başından açılacaq hər bir örtük bizim üçün kəfən olacaqdır

Oxşar xəbərlər