“Leger” araşdırma şirkətinin apardığı son sorğu Kanadada İsrailə münasibətin ciddi şəkildə dəyişdiyini göstərib. “Postmedia” şəbəkəsinin sifarişi ilə keçirilən araşdırmada iştirak edənlərin yalnız 22 faizi İsrailə müsbət yanaşdığını bildirib.
Buna qarşılıq respondentlərin 61 faizi İsrailə mənfi münasibət bəslədiyini qeyd edib. Bu göstərici son illərdə ən aşağı dəstək səviyyələrindən biri kimi qiymətləndirilir.
Sorğunun nəticələri göstərir ki, İsrailə dəstək son illərlə müqayisədə nəzərəçarpacaq dərəcədə azalıb. Belə ki, 2023-cü ildə müsbət baxış 33 faiz təşkil etdiyi halda, hazırda bu rəqəm 22 faizə enib.
Bu dəyişiklik Kanadada ictimai rəyin sürətlə transformasiya olunduğunu göstərir.
Araşdırma həmçinin siyasi partiyalara görə fərqli yanaşmaları da üzə çıxarıb. Liberal Partiya tərəfdarlarının yalnız 17 faizi İsrailə müsbət yanaşdığını bildirib.
Müxalifətdə olan mühafizəkarlar arasında isə bu göstərici daha yüksək – 38 faiz təşkil edir. Bununla belə, heç bir siyasi düşərgədə dəstək 50 faizi keçmir.
Analitiklər qeyd edir ki, İsrailin beynəlxalq imici son illərdə ciddi zərbə alıb. Xüsusilə 2023-cü ilin oktyabrından sonra Qəzza zolağında baş verən hadisələr bu tendensiyanı daha da gücləndirib.
Eyni zamanda, Livanda davam edən hərbi əməliyyatlar və regionda artan gərginlik də bu mənfi rəyə təsir edən əsas amillər kimi göstərilir.
Mütəxəssislər hesab edir ki, bu nəticələr Qərb ölkələrində ictimai rəyin dəyişdiyini və Qərbi Asiya siyasətinə daha tənqidi yanaşmanın formalaşdığını göstərir.
Bu tendensiyanın davam etməsi gələcəkdə siyasi qərarlara və beynəlxalq münasibətlərə də təsir göstərə bilər.
Kanadada 61% əhali İsrailə nifrət edir