Deputat Kamran Bayramov iddia edib ki, Avropa Parlamenti Avropada miqrant hüquqları, islamofobiya və milli azlıqlara qarşı ayrı-seçkilik mövzularında qətnamələr qəbul etmir: “Avropa Parlamenti Cənubi Qafqazda insan hüquqları ilə bağlı qərarları asanlıqla qəbul etsə də, Avropada miqrantların hüquqlarının pozulması, islamofobiyanın artması və ya öz ölkələrində milli azlıqlara qarşı ayrı-seçkiliyin həyata keçirilməsi barədə susmağa üstünlük verir”, - deyə o, Milli Məclisdə çıxışı zamanı deyib.
“Fakt Yoxla” iddianın doğru olub-olmadığını yoxlayıb.
Avropa Parlamenti indiyə qədər Avropada miqrantların hüquqları, islamofobiya və milli azlıqlara qarşı ayrı-seçkilik mövzularında onlarla qətnamə qəbul edib. Aşağıda ən son qəbul olunmuş beş sənəd nümunə kimi təqdim edirik:
“2024-cü il üzrə Qanunun Aliliyi Hesabatı haqqında” qətnamə (18 iyun 2025)
Bu sənəddə Avropa İttifaqında (Aİ) artan islamofobiya, zorakılıq halları, nifrət nitqi və bütün növ ayrı-seçkilik formaları qəti şəkildə pislənir. Parlament üzv dövlətləri bütün azlıqlar üçün qanun qarşısında bərabərliyi təmin etməyə, ayrı-seçkilik yaradan hüquqi müddəaları aradan qaldırmağa və müsəlman icmalarını qorumaq üçün həm Aİ, həm də milli səviyyədə fəal tədbirlər görməyə çağırır.
“Aİ cinayətlərinin siyahısını nifrət nitqi və nifrət cinayətlərinə qədər genişləndirmək haqqında” qətnamə (18 yanvar 2024)
Qətnamə Aİ-də nifrət nitqi, nifrət cinayətləri, irqçilik, islamofobiya və ksenofobiyanın artdığını vurğulayır və üzv dövlətləri bu cinayətlərlə mübarizə mexanizmlərini gücləndirməyə çağırır.
“Aİ-də 2022 və 2023-cü illərdə fundamental hüquqların vəziyyəti haqqında” qətnamə (18 yanvar 2024)
Burada irqi və etnik azlıqların sistemli irqçilik, nifrət cinayətləri, ədalətə çıxışda maneələr və sosial-iqtisadi bərabərsizliklərlə üzləşdiyi qeyd olunur. Hesabat anti-roman yanaşmasının, islamofobiyanın və irqçiliyin davamlı problemlər olduğunu vurğulayır.
“Aİ-də interseksional ayrı-seçkilik: Yaxın Şərq, Latın Amerikası və Asiya mənşəli qadınların sosial-iqtisadi vəziyyəti haqqında” qətnamə (6 iyul 2022)
Sənəddə miqrant mənşəli, müsəlman və rəngli qadınların Aİ-də daha çox ayrı-seçkiliyə məruz qaldığı bildirilir və üzv dövlətlər bu sahədə daha effektiv siyasətlərə çağırılır.
“İrqçiliyə qarşı mübarizədə mədəniyyət, təhsil, media və idmanın rolu haqqında” qətnamə (8 mart 2022)
Qətnamə Aİ-də irqi və etnik azlıqların hüquq-mühafizə orqanları tərəfindən təqib, zorakılıq və nifrət nitqinə məruz qaldığını qeyd edir. Həmçinin mənzil, təhsil, səhiyyə və məşğulluq sahələrində struktural ayrı-seçkiliyin mövcudluğu vurğulanır.
Göründüyü kimi, Avropa Parlamenti Avropada miqrant hüquqları, islamofobiya və milli azlıqlara qarşı ayrı-seçkilik kimi məsələlər üzrə mütəmadi şəkildə qətnamələr qəbul edir.
“Fakt Yoxla”nın gəldiyi nəticəyə görə, Kamran Bayramovun iddiası yanlışdır.
“Fakt Yoxla” deputat Kamran Bayramovun iddialarını yalanlayıb