İlkin cücərtilər bu gün çoxşaxəli hücumlarla Azərbaycanda İslama qarşı bir cəbhə formalaşdırıb. Hakimiyyətin maraqları çərçivəsində həyata keçirilən bu layihə artıq bütün hədləri aşmaqdadır.
Rejimin bu məsələdə maraqlı olduğunu düşünmək üçün kifayət qədər əsas var. Ən başlıcası, bu proseslərə seyrçi qalınması razılığın məhz hakimiyyət tərəfindən verildiyini açıq şəkildə göstərir. Əks halda, kiçik bir etiraz statusu paylaşanların belə ən azı inzibati qaydada cəzalandırıldığı bir şəraitdə, dinin müqəddəsləri təhqir olunduğu halda hakimiyyətin susqun qalması bütün bunlara “yaşıl işıq” yandıranın elə rejimin özü olduğunu ortaya qoyur.
Bir vaxtlar Fazil Mustafa və Mirşahinin dinin müqəddəslərini hədəfə alması, ardınca dinsizlik mövqeyi sərgiləyən və heç bir məzhəbi əsaslara cavab verməyən Elşad Mirilərin önə çıxarılması bu prosesin başlanğıcı oldu. Daha sonra Quranın cırılıb yandırılması, nəticədə isə düşüncəsi qarışıq Səidə Bəkirqızılar meydana gəldi. Bu gün isə “anti-reklam özü reklamdı” deyərək ailəsindən və valideynlərindən xəbərsiz şəkildə sosial şəbəkələr üzərindən İslamı və onun müqəddəslərini hədəfə alanların artması kimi qorxulu bir tendensiyanı müşahidə edirik.
Bu vəziyyətin təhlükəli tərəfi təkcə dinə hörmətsizlik edən şəxslərin iyrənc mahiyyətlərinin üzə çıxması deyil. Zaman keçdikcə bu proseslərin yaratdığı fəsadlar insanların əsəblərini tarıma çəkir və acı nəticələrə gətirib çıxarır. Son illərin təcrübəsi göstərir ki, dinə qarşı təhqir bəzən nəzarətdən çıxaraq faciələrlə nəticələnən hadisələrə yol açıb. Hazırkı gedişat da fərqli bir nəticə vəd etmir.
Hakimiyyətin hələlik seyrçi mövqedə qalaraq inanc və inanclılara qarşı yönələn təhqiramiz çıxışların qarşısını almaması təhlükəni daha da artırır. İnsanların heysiyyətinə toxunan bu davranışların qarşısının alınması sabah baş verə biləcək ağır faciələrin önlənməsinə kömək edə bilər.
Bir daha hakimiyyətə çağırış edərək inanclıları manipulyasiya edib təxribatlara sürükləyən bu addımlara həssas yanaşmağı və bu cür iyrənc ünsürlərə qarşı ciddi tədbirlər görməyi tələb edirik.
Bir neçə cəbhə və bir hədəf: İSLAM