Azərbaycanda rəsmi şəxslərə qarşı sanksiyalar çağırışı

Avropa Parlamentinin dekabr ayında keçirilən iclasında Azərbaycan üzrə məruzəçi Dan Barna il ərzində fəallar, jurnalistlər və alimlər də daxil olmaqla, siyasi məhbusların sayının narahatedici şəkildə artmasını pisləyib. O, deyib ki, bu trend sülh və akademik azadlıq çağırışı edən səsləri susdurmaq üçün “milli təhlükəsizlik”dən sui-istifadədir. Məruzəçi siyasi məhbusların dərhal azad edilməsi və Aİ-nin məsul rəsmi şəxslərə qarşı sanksiyaları nəzərdən keçirməsi üçün də çağırış edib.