Britaniyada islamofobiya artır: 25 məscidə hücum edilib

Britaniyada son 3 ay ərzində islamofobiyanın artımı müşahidə edilməkdədir.

Belə ki, avqust, sentyabr və oktyabr aylarında 25 məscidə 27 dəfə hücum edilib.

İslamofob hücumlar zamanı bayraqlar asılıb, dini və qeyri simvolikalardan istifadə edilib, vandalizm aktları törədilib, təhqiramiz sözlər yazılıb, maddi ziyan vurulub, yanğın cəhdi baş verib və digər hallar qeydə alınıb.

İslamofobiyanın bu cür artımı xüsusi narahatlığa səbəb olur.

Həmin hücumlar bəzən fərdi, bəzən də mütəşəkkil xarakter daşıyıb. Bəzi hallarda məqsəd maddi zərərin vurulması olsa da, bəzi hallarda məscid əhlinin sağlamlığına ziyan yetirmək olub.

Həmçinin ölkə polisi məsələyə laqeydlik göstərir.

Bu baxımdan müsəlman icması bütün bunları mənfi siqnal kimi qəbul edir.

Qeyd edək ki, Britaniyada milyonlarla müsəlman yaşayır.