Ölkədə cəzaçəkmə müəsisəsində yaşanan özbaşınalıqlar ara-sıra mətbuat səhifələrini işqlandırsa da, bu hər kəs üçün qapalı olan həbsxanalarda baş verənlərin cüzi bir hissəsidir. Burada dəhşətli faktlar, işgəncələr, fiziki və zorakılıqlar elə dirilərin məzarlığı olaraq tanınan bu binanın divarları arasında gömülərək, müəmmalı qalaraq üstü örtülür.
Hakimiyyətin media mənsublarına qarşı apardığı repressiya, həbs dalğasından sonra bu məsələ bir az da geniş siferaya sıza bilib. Belə ki, həbs olunan media işçilərinin həbsxana həyatı, olnarın illərdir dustaqların susduğu həqiqətləri öz gözləri ilə görməsinə səbəb olub ki, onlardan bəziləri zamanla işıqlanıb da. Lakin bu, hətta media işçiləri olsa belə həbsxana həyatını aydınlatmaq, orada yaşananları cəmiyyətə təqdim etmək kimi bir addımı rahatlatmır.
Həbsxana məlumatları, orada yaşananların təsəvvüründən qat-qat aşağı olan qanunsuzluqların işqlandırılmasının özünəməxsus maneələri var. Onları aşmaq nəinki çətindir, bəzən mümkünsüzdürdə. Bunu aşa bilən media işçisi ya həyatı cəhənnəmi qəbul edib məhbəsdə olduğu dövrdə çətinlikləri göz önünə alaraq, bunlara dözüm göstərərək özbaşnalıqları işıqlandıra bilər, ya da gözləməlidir ki, həbs həyatı bitikdən sonra bu barədə rahat məlumat yayımı edə bilsin.
Mövzu ilə bağlı bu günlər xərçəng xəstəliyi ilə bağlı vaxtından əvvəl həbsdən azad edilən Əvəz Zeynallının video müsahibəsini izləmiş olarsız. Əvəz bəyin həbsxanada yaşanan işgəncələrlə bağlı faktları dilə gətirməsi yalnız azadlıq dövrünün mümkün addımları sırasındadır. Bunu həbsxanada olaraq dilə gətirmək böyük məhdudiyyətlərlə, daxildə məhbuslarla gərgin münasibətlərə söykənən bir vəziyyət yarada bilir.
Hal-hazırda 1 saylı İstintaq Təcridxanasında olan Meydan Tv-nin jurnalislərinin oradakı özbaşınalıqlarla bağlı işıqlandırdıqları və nəticədə üzləşdikləri çətinliklər elə onların öz dillərindən səslənən həqiqətlərdir. Abzas Medianın xanım jurnalistlərinə qarşı yaşanan qanunsuzluqlar isə heç bir hüquq çərçivəsinə sığmayan faktlar sırasındadır. Onların üzə çıxması, hansı senzuraların aşması nəticəsində işqlanması sözün əsil mənasında böyük bir hadisə sayıla bilər.
Biz silsilə olaraq yayımlanan bu yazılarda məhbəs həyatında yaşanan cinayətləri rəhbərliklər tərəfindən olduqca məharətlə hazırlanan hansı məhdudiyyətlərə məruz qalmasının bir qismini siz oxuculara çatdırmağa çalışacağıq. Hansı ki, bu gün məhbusların məzarlığı adlanan məkanda baş verən bir çox cinayətlər məhz bu ustalıqla kütlədən gizlin saxlanılaraq məhbusa yaşadılır.
Məhbus həyatı - cəhənnəm qapıları arxasında yaşananlar. 1-ci hissə