Nazir Muxtar Babayev siyasi məhbuslar haqqında suala cavab verməyib

Almaniyada keçirilən Münhen Təhlükəsizlik Konfransının proqramında dəyişiklik olub.  Belə ki, Prezident İlham Əliyevin adı bu gün "Beynəlxalq iqlim diplomatiyasının perspektivləri" mövzusunda keçirilən panel müzakirəsinin iştirakçıları sıyahısından çıxarılıb.

Müzakirələrdə Prezident İlham Əliyevi ekologiya və təbii sərvətlər naziri Muxtar Babayev əvəz edib. Babayev həm də bu il Bakıda keçiriləcək "COP29" iqlim sammitinin prezidentidir. Münhen Təhlükəsizlik Konfransının proqramında olan bu dəyişikliklə bağlı rəsmi açıqlama verilməyib.

Muxtar Babayev Münhen Təhlükəsizlik Konfransında panel müzakirəsində çıxış edib. Tədbirdə diqqətçəkən məqam onun “Transparency International”ın sədr müavini Ketakandriana Rafitisonun Azərbaycanda siyasi həbslərin olması ilə bağlı şərhini cavabsız qoyub.

Xatırladaq ki, ölkə başçısı İlham Əliyev fevralın 16-da Münhen Təhlükəsizlik Konfransının 60-cı sessiyasında iştirak etmək üçün Almaniyaya səfər edib. O, burada bir neçə rəsmi görüş keçirib. Konfrans fevralın 18-də yekunlaşacaq.