Əmir Abdullahiyan İsmayıl Haniyəni qəbul edib

İranın xarici işlər naziri Hüseyn Əmir Abdullahian HƏMAS Siyasi Bürosunun rəhbəri İsmayıl Haniyə ilə görüşüb.

İranın xarici işlər naziri Hüseyn Əmir Abdullahiyan bu gün, çərşənbə axşamı rəsmi səfər çərçivəsində Tehrana gələn Həmas Siyasi Bürosunun sədri İsmayıl Haniyəni qəbul edib.

Qəzzədəki müharibənin son vəziyyəti və sionist rejimin Qəzza zolağı və İordan çayının qərb sahili xalqına qarşı davam edən hücumları iki tərəfin danışıqlarının ən mühüm gündəmlərindəndir.

İran İslam Respublikası sionist rejimin fələstinlilərə qarşı hərbi hücumu və soyqırımının başlanmasından bu yana 6 ay ərzində müharibəni dayandırmaq və Qəzza xalqına təcili humanitar yardım göndərmək üçün bütün diplomatik gücündən istifadə edir.

HƏMAS-ın Siyasi Bürosunun rəhbəri İsmayıl Haniyənin Tehrana səfəri də bu kontekstdə baş verir.