Kadagişvili: Zurabişvili dövlətə qarşı hərəkət edir

Gürcüstan prezidenti Salome Zurabişvili polislərə “Molotov kokteyli” atdığına görə həbs edilmiş Qriqoriadisi əfv etməklə özünün anti-dövlət mövqeyini təsdiq edib.

Bu barədə hakim “Gürcü Arzusu” partiyasının deputatı İrakli Kadagişvili bildirib.

Xatırladaq ki, Zurabişvili Tbilisi Şəhər Məhkəməsi tərəfindən 9 il müddətinə azadlıqdan məhrum edilmiş Qriqoriadisi əfv edəcəyini bəyan edib.

Beləliklə o, Gürcüstan cəmiyyətinin inqilabi ssenari baxışlı və həvəsində olan hissəsinə bir daha bildirdi ki, “Gürcüstan dövlətinə, polisinə, parlamentinə nə qədər “Molotov kokteyli” atsaz da, qorxmayın – Gürcüstan məhkəməsi ədaləti bərqərar edəndə, mən Gürcüstan prezidenti kimi yox, (VMH) layihə(si) olaraq, əlbəttə ki, insanlara, polislərə və Gürcüstan dövlətinə “kokteyllər” atanları həmişə əfv edəcəyəm”. Bu, onun mesajıdır, onun mövqeyidir  və buna görə də, biz, əlbəttə ki, anti-dövlət mövqeli bu cür adama növbəti 6 ay ərzində dözməli olacağıq“, – deyə Kadagişvili qeyd edib.

 

 

Az.shafaqna.com