İsraillə HƏMAS arasında müvəqqəti atəşkəs daha iki gün uzadılıb

İsraillə HƏMAS arasında müvəqqəti atəşkəs daha iki gün uzadılıb.

Operativtv.com Unikal-a istinadən xəbər verir ki, bu barədə Qətər Xarici İşlər Nazirliyinin əsmi nümayəndəsi Məcid bin Məhəmməd əl-Ənsari "X" hesabında məlumat yayıb.

Qeyd olunub ki, bu barədə tərəflər arasında razılıq əldə olunub.
"Qətər davam edən vasitəçiliyi çərçivəsində Qəzza zolağında humanitar atəşkəsin daha iki gün uzadılmasına dair razılıq əldə olunduğunu elan edir", - deyə bildirilib.