İsrailin Londondakı səfirliyinin küçəsi “soyqırım küçəsi” adlandırıldı

İnsan Haqqları Təşkilatlarının fəalları İsrail rejiminin Londondakı səfirliyinin yaxınlığındakı küçəyə simvolik plakat quraşdıraraq, bu küçəni “soyqırım küçəsi” adlandırıblar.

İnsan Haqları Təşkilatlarının fəalları sionist İsrail rejiminin Londondakı səfirliyinin yaxınlığındakı küçəyə simvolik plakat quraşdıraraq, bu küçəni “soyqırım küçəsi” adlandırıblar. Etirazçılar bu addımla sionist rejimin Qəzzədəki cinayətlərini dünyaya çatdırmaq istəyiblər.

Amnesty İnternational təşkilatının fəallarından biri olan “Tom Quha” bu simvolik plakatın quraşdırılması ilə bağlı jurnalistlərə açıqlama verərək deyib: “İsrail hakimiyyəti bilməlidir ki, onların soyqırımı ilə bağlı mühakimə olunması məsələsi ciddidir və onlar bu məsələyə ciddi yanaşmalıdırlar."

Bu xəbərə əsasən, Beynəlxalq Amnistiya Təşkilatının Londondakı üzvləri Amnesty International təşkilatının icraçı direktoru Saşa Deşmukun imzası ilə sionist rejimin səfirliyinə məktub göndərəcəklər. Bu məktubda sionist diplomatlara Qəzzadakı qətliamın davam etdirilməsi ilə bağlı xəbərdarlıq ediləcək!

 

 

 

Az.rasthaber.com