İsrail Seyid Əbdülməlik əl-Husini hədələdi: ''Sənin də axırın Nəsrullah və Sinvar kimi olacaq''

İsrailin Müharibə Naziri Katz Ənsarullah lideri Əbdülməlik əl-Husiyə Qəzza, Beyrut və Tehrandakı liderlərə qarşı hücumları xatırladaraq onu sui-qəsdlə hədələyib.

İsrailin Müharibə Naziri İsrael Katz cümə günü Yəmən limanlarına hücumların həyata keçirildiyini təsdiqləyib və Ənsarullah lideri Əbdülməlik əl-Husini öldürməklə hədələyib.

"İsrail ordusu hazırda Husi terror təşkilatının nəzarəti altında olan Yəmən limanlarına zərbələr endirib, böyük ziyan vurub; Səna hava limanı hələ də xarabalıqdadır", - Katz X platformasında belə yazıb.

“Əgər husilər İsrailə raket zərbələri endirməyə davam etsələr, onlar sarsıdıcı zərbələr alacaqlar”, - Katz bildirib.

Katz İsrailin regional strategiyasında sui-qəsdin davamlılığını və xarizmatik liderliyi hədəf aldığını vurğulayıb:

“Qəzzədə Məhəmməd Dayf və Yəhya Sinvara, Beyrutda Həsən Nəsrullaha və Tehranda İsmayıl Haniyəyə etdiyimiz kimi, Yəməndə də Əbdülməlik əl-Husini ovlayıb öldürəcəyik”.

Qeyd edək ki, İsrail təkcə hərbi potensialı deyil, həm də uzun illərdir düşmən kimi kodlaşdırdığı strukturların rəhbərliyini hədəfə alma mərkəzinə çevrilib.

İsrailin baş naziri Binyamin Netanyahu da cümə günü Hudeyda və Səlif limanlarına hava hücumlarından sonra Yəməndə daha çox hücumlar həyata keçirəcəyini vəd edib.

Netanyahu videomüraciətində "Pilotlarımız indi Husi terrorçularına məxsus yeni hədəfləri uğurla vurdular. Daha çox şey gələcək" deyən Netanyahu, "Husilər bizə hücum etdiyi üçün susmaq fikrimiz yoxdur. Biz onlara rəhbərlikləri və hücumlarını təmin edən bütün infrastruktur daxil olmaqla, daha böyük güclə zərbə endirəcəyik" deyib.