Pakistan və Hindistan arasında günlərdir davam edən regional münaqişə ABŞ prezidenti Trampın elan etdiyi atəşkəslə başa çatıb.
Pakistan və Hindistan atəşkəs elan edib. ABŞ prezidenti Donald Tramp hər iki ölkənin bir-birinin hərbi obyektlərinə hücumları və əks-hücumları fonunda Hindistan və Pakistanın "tam və dərhal atəşkəs" barədə razılığa gəldiyini açıqlayıb. Pakistanın xarici işlər naziri Dar, "Pakistan və Hindistan dərhal qüvvəyə minən atəşkəs haqqında razılığa gəldilər" deyib.
"Mən ABŞ, Hindistan və Pakistanın vasitəçiliyi ilə uzun sürən danışıqlardan sonra atəşkəs haqqında razılığa gəldiyini elan etməkdən məmnunam. Hər iki ölkəni ehtiyatlılığa görə təbrik edirəm və bu məsələyə diqqətinizə görə təşəkkür edirəm", - ABŞ prezidenti Donald Trampın bəyanatında deyilir.
Hələlik atəşkəslə bağlı Hindistan və Pakistandan rəsmi açıqlama verilməyib.
Pakistan və Hindistan atəşkəs elan edib