İtaliya Quranı yandırmaqla gündəmə gələn danimarkalı ifrat sağçı Paludanı deportasiya edib

İtaliya Danimarkanın ifrat sağçı “Strikt Line” partiyasının lideri Rasmus Paludanı ölkəyə tədbir üçün gələndən sonra ictimai asayişi pozduğuna görə deportasiya etdiyi bildirilir.

İtaliyanın ANSA xəbər agentliyinin məlumatına görə, son illərdə dəfələrlə Quran yandırmaqla gündəmə gələn 43 yaşlı danimarkalı siyasətçi Paludan mayın 17-də Milanın şimalında Avropa ifrat sağçı qruplarının keçirməyi planlaşdırdığı “Köçürmə Sammiti” üçün gəldiyi Malpensa hava limanında İtaliya polisi tərəfindən saxlanılıb.

İctimai asayiş və vətəndaşların təhlükəsizliyi səbəbiylə İtaliyaya buraxılmayan Paludan oradan deportasiya edilib.

Mətbuatda yer alan xəbərə görə, hava limanının bağlı olduğu Varese Əyalət Polis İdarəsi xəbəri təsdiqləyib.

Bu arada mətbuatda miqrasiya sammitinin keçiriləcəyi otelin təşkilatın rezervasiyasını ləğv etdiyi və sammitin harada keçiriləcəyi hələ bəlli deyil.

Paludan, son illərdə Danimarka və İsveçdə tez-tez reaksiyalara səbəb olan Quran yandırma hadisələri ilə bağlı xəbərlərdə adı keçən şəxsdir.