Dünyanın ən böyük Quran nüsxəsi

Əfqanıstanlı xəttat dünyanın ən böyük Qurani-Kərim nüsxəsini hazırlayıb.

Sözügedən nüsxənin uzunluğu 2,28 metr, eni 1,55 metdir.

Əfqan xəttat Məhəmməd Sabir Hədri 9 tələbəsi ilə birlikdə bu Quran nüsxəsinin hazırlanmasına hər gün 18 saat işləməklə ümumilikdə 5 il vaxt sərf edib.

“Ən böyük Quran” nüsxəsinin çəkisi 500 kq-dir. Səhifə sayı isə 218-dir.

 

 

Az.shafaqna.com