Mayın 15-də “Kanal 11” internet televiziyasının direktoru Teymur Kərimov və onunla birlikdə mühakimə olunan İstək Totiyevanın apellyasiya şikayətinə baxılıb.
Bakı Apellyasiya Məhkəməsinin qərarı ilə Teymur Kərimovun şikayəti qismən təmin edilib və onun cəzası 1 il azaldılıb.
Teymur Kərimov ötən il dekabrın 28-də Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə 8 il müddətinə azadlıqdan məhrum edilmişdi.
Həmçinin onun 2 il jurnalistika fəaliyyəti ilə məşğul olması qadağan edilib.
O, Cinayət Məcəlləsinin hədə-qorxu yolu ilə tələb etmə maddəsi ilə ittiham elan edilib.
Özü ittihamları qəbul etməyib, həbsini jurnalist fəaliyyəti ilə əlaqələndirib.
İstək Totiyevanın barəsində Cinayət Məcəlləsinin 70- (şərti məhkum etmə) maddəsi tətbiq olunub.
Ona 2 il sınaq müddəti olmaqla şərti cəza verilib.
Teymur Kərimovun cəzası azaldıldı