"Roma" və "Fiorentina" uduzdu

Bu gün İtaliya A seriyasında 36-cı tura yekun vurulub.

Son oyun günündə 2 matç keçirilib.

"Roma" səfərdə "Atalanta"ya uduzub. "Fiorentina" isə "Venetsiya"ya məğlub olub.

Hazırda A seriyasının turnir cədvəlinə 78 xalla "Napoli" liderlik edir. 77 xala malik "İnter" 2-ci, "Atalanta" isə 71 xalla 3-cüdür.

İtaliya A seriyası, 36-cı tur

12 may

"Venetsiya" - "Fiorentina" - 2:1

Qollar: Kande, 60, Oristanio, 68 - Mandraqora, 77

"Atalanta" - "Roma" - 2:1

Qollar: Lukman, 9, Sulemana, 76 - Kristante, 32