İranın Qum şəhərində İslam və İran Tarixi Kitabxanasının 30 illik fəaliyyətinə həsr olunmuş yubiley tədbiri böyük mərcə Ayətullah Əl Üzma Seyid Sistaninin tam səlahiyyətli nümayəndəsi Ayətullah Seyyid Cavad Şəhristani və Höccətül-İslam vəl-Müslimin Həsən Safi Qulpayiqaninin iştirakı ilə Qum şəhərində yerləşən “Tolue Mehr” Universitetində keçirilib.
Tədbir Qum Araşdırmaları Fondu və Qum İxtisaslaşmış Kitabxanalar Birliyinin (MEKTA) təşəbbüsü ilə təşkil olunub. Mərasimdə həmçinin kitabxananın 30 illik fəaliyyətinə dair nəşr edilmiş “Sal-e Si” (“Otuzuncu İl”) adlı kitabın təqdimatı da baş tutub.
Mərasimdə tanınmış din və elm xadimləri - Höccətül-İslam vəl-Müslimin Məhəmmədəli Məhəvviy-Rad, professor Rəsul Cəfəriyan, eləcə də cənablar Cavad Bəşəri və Məcid Qulami Cəlisə çıxış edərək, kitabxananın İslam və İran tarixi sahəsində elmi-tədqiqat işlərinə verdiyi töhfələrdən bəhs ediblər.
Tədbirdə çıxış edənlər bu kitabxananın yalnız elmi bir məkan deyil, həm də tədqiqatçılar və tələbələr üçün mühüm bir mərkəzə çevrildiyini vurğulayıblar.
Ayətullah Şəhristani İslam və İran Tarixi Kitabxanasının yubiley tədbirində iştirak edib