İspaniya Fələstin dövlətini tanımaq planı olduğunu açıqlayıb

İspaniya iyul ayına qədər suveren Fələstin dövlətini tanıyacağını bəyan edib. Bu qərar digər Avropa dövlətləri üçün də dönüş nöqtəsi ola bilər.

İspaniyanın sosialist baş naziri Pedro Sançes jurnalistlərə deyib ki, Madrid iyul ayına qədər Fələstini diplomatik olaraq tanıyacaq.

Planı xarici işlər naziri Xose Manuel Albares təsdiqləyib və o, bunun müstəqil Fələstinin BMT-yə üzv olmasına yardım edəcəyini bildirib.

Madriddə fəaliyyət göstərən araşdırma qrupu olan Real Elcano İnstitutunda İspaniyanın xarici əlaqələri üzrə mütəxxəsisi İqnasio Molina deyib ki, İspaniyanı Fələstinin suverenliyin tanıyacağını deməsinin arxasında həm daxili siyasi həm də xarici siyasət səbəbləri var.

Belə bir addımın atılmasına İsrailin "World Central Kitchen"-in konvoyuna yeddi yardım işçisinin ölümü ilə nəticələnən hücumu təkan verib.

Hadisə İspaniyada hiddətə səbəb olub.

Çərşənbə günü baş nazir Sançez israilli həmkarı Benyamin Netanyahunun cavabını "qeyri-kafi" və "qəbuledilməz" adlandırıb.

"World Central Kitchen" qeyri-hökumət təşkilatına tanınmış ispan-amerikalı aşpaz Hose Andrés rəhbərlik edir.

 

AmerikanınSəsi