Qədir-Xum bayramı günlərində Gürcüstan Əhli-Beyt Cəmiyyətində təhsil alan tələbələrin buraxılış mərasimi təşkil olunub. Tədbirdə tələbələr, müəllimlər, din xadimləri, valideyinlər və digər qonaqlar iştirak ediblər.
Mərasimdə çıxış edən müəllim və din xadimləri Elçin Daşdanoğlu, Mahir Məmmədov və Esmira Nəsibova elm və təhsilin insan həyatındakı mühüm rolundan bəhs edərək, bilik əldə etməyin mənəvi və ictimai əhəmiyyətini vurğulayıblar. Natiqlər həmçinin Qədir-Xum bayramının mahiyyəti, tarixi həqiqətləri və imamət məqamının İslam dinindəki yeri haqqında geniş məlumat veriblər. Çıxışlar zamanı Qurani-Kərimin nazil olan son ayəsi, eləcə də Həzrət Peyğəmbərin (s) ümmətə etdiyi son tövsiyə və vəsiyyətlər xatırladılıb.
Tədbirin bədii hissəsində musiqiçi Nato və Əhli-Beyt məddahı Anar Cəfəri çıxış edərək dini və mənəvi məzmunlu musiqilər, ilahi nəğmələr və şeirlər səsləndiriblər. Onların ifaları mərasim iştirakçıları tərəfindən böyük maraq və rəğbətlə qarşılanıb.
Sonda məzunlara təhsil müddətində qazandıqları nailiyyətlər münasibətilə təbriklər çatdırılıb, onlara gələcək fəaliyyətlərində uğurlar arzulanıb.
Gürcüstan Əhli-Beyt Cəmiyyətində tələbələrin buraxılış mərasimi keçirilib