Prokuror xəzinədarın islah işlərinə cəlb olunmasını istədi
İyunun 1-də Bakı Ağır Cinayətlər Məhkəməsində “Dəmirbank” ASC-nin Bayıl filialının sabiq müdiri Fərəh Rəşadətli, xəzinədarı Tamamgül Xanlarova və bankın əməkdaşı Fariz Qarayevin iş üzrə prokuror çıxış edib. O, Fərəh Rəşadətlinin 10 il, Fariz Qarayevin 1 il azadlıqdan məhrum edilməsini istəyib. Dövlət ittihamçısı bankın xəzinədarı Tamamgül Xanlarovanın isə 2 il islah işlərinə cəlb olunmasını məqbul sayıb.
Məhkəmə iyunun 8-də vəkillərin çıxışı ilə davam edəcək.
İttihama əsasən, F.Rəşadətli “Dəmirbank”ın Bayıl filialının müdiri vəzifəsində çalışarkən ora qoyulmuş əmanətləri mənimsəyib. Əmanətçilərdən Əzizə Axundovanın 1 milyon 225 min, onun həyat yoldaşı, mərhum Bəhruz Axundovun 800 min, gəlinləri Pərvanə Əliyevanın 400 min, Gülnur Axundovanın 300 min manatı, Sevda Xəlilovanın 300 min, Firəngiz Məmmədlinin 150 min, Ruslan Qasımovun isə 100 min dollarının mənimsənildiyi iddia olunur.
Əmanətçilərdən Sevda Xəlilova mərhum Xalq şairi Xəlil Rza Ulutürkün gəlini, Gülnur Axundova və Firəngiz Məmmədli isə onun qızlarıdır.
Məhkəmədə “Dəmirbank”ın nümayəndəsi mülki iddia qaldıraraq banka dəyən maddi və mənəvi ziyana görə təqsirləndirilən şəxslərin 100 min manat ödəməsini tələb edib.
F.Rəşadətli Cinayət Məcəlləsinin 178.3.2-ci (dələduzluq), 179.3.2-ci (mənimsəmə), 308-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə) və 313-cü (vəzifə saxtakarlığı), F.Qarayev və T.Xanlarova isə 308-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə) maddəsi ilə ittiham edilirlər. Təqsirləndirilən şəxslərdən F.Rəşadətli həbsdədir.
meydan.tv
''Dəmirbank''ın xanım filial rəhbərinə 10 il həbs tələb olundu

Oxşar xəbərlər