Vətəndaş cəmiyyəti fəalları DİN başçısına onları həbs etməyi təklif ediblər

Yüzdən çox vətəndaş cəmiyyəti nümayəndəsi, hüquqşünas, jurnalist, siyasətçi mayın 28-də Bakının mərkəzində Azərbaycan Xalq Cümhuriyyətinin yüz illiyi münasibətilə bayram yürüşünün iştirakçılarının həbsi ilə bağlı DİN başçısı Ramil Usubova müraciət edib.

Həbs edilənlər "ünvansız senzuradankənar söyüşlərdə", "küçələri zibilləməkdə", "polisə tabe olmamaqda" və paytaxtın küçələrində digər pozuntularda ittiham olunub.

"Biz bu ittihamların uydurma olduğuna şübhə etmirik və əslində onlar bayram tədbirində iştirak etdiklərinə görə həbs olunublar", deyə müraciətdə bildirilir.

Müraciət müəllifləri istehza ilə qeyd edirlər ki, AXC-nin 100 illiyinin qeyd edilməsi, üçrəngli Azərbaycan bayrağı ilə gəzmək, birinci respublikanın banilərinin xatirəsinin yad edilməsi inzibati hüquqpozmadırsa, qoy onlar da "bayrağa, AXC dəyərlərinə və banilərinə sevgiyə görə" məsuliyyətə cəlb olunsun.

Müraciəti Demokratik Qüvvələrin Milli Şurasının başçısı Cəmil Həsənli, REAL Partiyasının məclis üzvləri Natiq Cəfərli və Erkin Qədirli, jurnalist Xədicə İsmayılova, hüquq müdafiəçiləri İntiqam Əliyev və Anar Məmmədli və başqaları imzalayıb.

1 Akif Qurbanov
2 Altay Göyüşov
3 Anar Məmmədli
4 Aygün Aslanlı
5 Aynur Zərrintac
6 Aytac Əhmədova
7 Azad Qaradərəli
8 Azay Vəlixanov
9 Azər Mehtiyev
10 Bahar Hacızadə 
11 Bəşir Süleymanlı
12 Bəxtiyar Hacıyev
13 Cavid Qara
14 Cəlil Cavanşir
15 Cəmil Həsənli
16 Coşqun Qafarov
17 Əbülfəz Qurbanlı
18 Elçin Abdullayev
19 Elçin Şıxlı
20 Ələsgər Əhmədoğlu
21 Əli Hadıyev
22 Elman Fəttah
23 Elmin Bədəlov
24 Elnur Astanbəyli
25 Elvin Bəşirli
26 Elvin Yusifli
27 Elxan Mirzoyev
28 Erkin Qədirli
29 Əvəz Zeynallı
30 Fərhad Mehdiyev
31 Fərhad Yalquzaq
32 Fərqanə Novruzova
33 Firudin Allahverdi
34 Fuad Həsənov
35 Gülər Abbaslı
36 Hikmət Hacızadə 
37 Hümbət Təhməzoğlu
38 İlqar Cahangir
39 İntiqam Əliyev
40 İntiqam Hacılı
41 Kamil Piriyev
42 Mahir Mehdi
43 Mehman Əliyev
44 Məhsəti Quluzadə
45 Mələk Nabat
46 Məmməd Məmmədzadə
47 Mirvari Qəhrəmanlı
48 Murad Rüstəm
49 Natiq Cavadlı
50 Natiq Cəfərli
51 Nazim Bəydəmirli
52 Nazlı Ağayeva
53 Nihad Hüseyn
54 Nisə Hacıyeva
55 Oqtay Gülalıyev
56 Orxan Adıgözəl
57 Pərvin Əlisoy
58 Qubad İbadoğlu
59 Rəhman Bədəlov
60 Rəhman Məmmədli
61 Rövşən Ağayev
62 Rövşən Hacıbəyli 
63 Rövşən Yerfi
64 Ruslan İzzətli
65 Sabit Bağırov
66 Sadiq Elyer
67 Şahin Cəfərli
68 Şahin Hacıyev 
69 Şahin Rzayev
70 Şahvələd Çobanoğlu
71 Samir Əliyev
72 Samir Əsədli
73 Samir Kazımlı
74 Samirə Ağayeva
75 Samit Əliyev
76 Səməd Rəhimli
77 Şəmşad Ağa
78 Sevinc Vaqifqızı
79 Tatyana Kryuçkina
80 Tofiq Yaqublu
81 Toğrul İsmayılov
82 Turan İbrahim
83 Turqut Qəmbər
84 Vahid Məhərrəmli
85 Vasif İsmayıl
86 Vəfa Rüstəm
87 Vüqar Qurdqanlı
88 Xalid Ağəliyev
89 Xalid Bağırov
90 Xaliq Bahadır
91 Xədicə Hacılı
92 Xədicə İsmayıl
93 Yadigar Sadıqov
94 Yalçın İmanov
95 Zahid Hüseynov
96 Zahir Əhmədov
97 Zaur Əkbər
98 Zəfər Əhmədli 
99 Ziya Quliyev
100 Zümrüd Yağmur

Turan