Dini və milli məsuliyyətimiz

Müsəlman Birliyi Hərəkati-artıq səkkiz ildir ki, sizlərin azlı çoxlu tanıdığıniz bir imzadır. Bəzən illər fəaliyyət dövrünü sadalamaqla baş verənlər barədə hesabata ehtiyac yaratsa da, zənnimizcə hərəkatın hər ötən ilki fəaliyyət dinamikası sizin gözləriniz önündə baş verir deyə bunu ehtiyac belə qalmır. Bununla belə ötən ilin hadisələrinə təkrar baxış bir hərəkat olaraq bizdə növbəti ilin daha çətin eyni halda məsuliyyətinə çağırış edir.
2022-ci ildən bu ilə bir illik, 2015-ci ildən isə 8 illik bir dönəmdə hərəkatın hər addımı gözünüz önündə gerçəkləşdi. Sizlər sevincimizə də şahid oldunsuz, kədərimizə də. Bütün hadisələrə birlikdə sinə gərməklə uğurları sizlərə, acıları və çətinlikləri ruhumuza hədiyyə etməklə illərimizi arxada qoyduq. Bu illər hesabatında təzyiq-təqiblər, həbs və işgəncələrlə yanaşı ölkəmiz və xaricində baş verən hadisələr də diqqət çərçivəmizdə qorundu. 2022-ci il belə qarışıq hadisələrin fonunda yekunlaşan bir il olaraq yaddaşımızda həkk olundu.
Ötən il həbs və təzyiq, təqiblər sırasında özündən öncəki illərdən heç bir şey ilə fərqlənmədi. Hakimiyyətin siyasi məngənəsi MBH ailəsinə qarşı reperessiya maşınında neçə-neçə qardaşımızı cismən dəmir barmaqlıqlar arasına daşıdı. Razi Hümbətov, Elşən Abbasovun azadlıqdan məhrum edilməsi, Şahin Qədirli, Nicat Əliyev, Samir Babayev, Mirtofiq Hüseynov, Mahir Əzimov, məddah Vüqar Rəsulun saxlanılaraq barələrində ağır iddihamlarla cinayət işinin açılması, onlarca hərəkat üzvünün inzibatı cəzalanması hərəkatın etirazları sırasında yer alan hadisələrdən idi. Media mənsubları Aytən Məmmədovaya qarşı hücum, Xural Tv-nin başçısı Əvəz Zeynallı, KimTv-nin rəhbəri Abid Qafarovun həbsi azad söz və azad düşüncəyə qarşı hədəflənən siyasi addım olaraq hərəkatın hiddəti ilə qarşılandı. Londonda səfirliyimizə hücum, Səduyyə Ərəbistanında kütləvi edam, Adanada inanclıların dinc yürüşünə polisin sərt müdaxiləsi, İmam Rza (ə) hərəmində terror, Fələsin xalqına qarşı soyqrm, Ukrayna müharibəsinə narahatlıq ifadəsi hərəkatımızın bəyanatları ilə qınandı. “8 Noyabr” Zəfərimizin təntənəsi, “28 may” Cümhuriyyət bayramı, “Vəhdət Həftəsi”ndə birlik və bərabərliyə çağırış, Ordumuza dəstək nümayişimiz, Ramazan, Qurban bayramları da daxil olmaqla dini mərasimlərdə xalqımızın sevincini bölüşmək milli məfkurədə ümmətçiliyə hədəflənən addımlarımızdan oldu. Ölkədə anti-islam davranışlara etiraz, “Nardaran” hadisəsinin növbəti ildönümünün qeydi, Bəxtiyar Hacıyevin həbsi, Tofiq Yaqublunun saxlanılmasının tənqidi bizim zülm və haqsızlıqla barışmayan mübarizə prinsiblərimizin təzahüri idi. “20 Yanvar”, “Xocalı”, “Mart Soyqırımı”, Neft Akademiyasında terrorun ildönümü, Aşura başda olmaqla digər Məsumların vəfat və şəhadəti ilə bağlı təsliyyətimiz bu istiqamətdə əqidə göstəricimiz olaraq sizlərlə bölüşülən dəyərlərimiz idi. Şəhidlərimizin, xüsusən hərəkatın 3 Qarabağ şəhid üzvünün anımı milli ruhun qorunması, polis idarələrində inanca qarşı təhqirə, Aşura mərasimlərinə qadağaya etiraz bu ilin bəyanatları sırasında yer alan addımlarımızdan idi.
Əlbəttə, bütün bunlar qətiyyətlə yetərli və kafi sayıla bilməz. Hərəkat xalq və həqiqət birliyində bütün neqativ addımlar, haqsızlıq və qanunsuzluqların qarşısında bütün gücü ilə durmaq üçün bu gün də ayaqdadır. Allahdan yardım diləyərək xalqın gücünə, haqqın qələbəsinə sığınaraq hərəkatın hər bir fərdi bunu dini və milli məsuliyyəti olaraq dəyərləndirir.

 

Müsəlman Birliyi Hərəkatı.