Dini sahədə fəaliyyət göstərən ictimai birliklərin də bu sahədə fəaliyyətini gücləndirməsinə ehtiyac var

“Bu gün din sahəsində ölkəmizdə çox ciddi proseslər gedir, dövlət tərəfindən müəyyən addımlar atılır. Düşünürəm ki, bu islahatların daha da gücləndirilməsinə ehtiyac var”.

Operativtv.com APA-ya istinadən xəbər verir ki, bunu bu gün Milli Məclisin İctimai birliklər və dini qurumlar komitəsinin iclasında deputat Ceyhun Məmmədov bildirib.

Ceyhun Məmmədov bildirib ki, məqsədli şəkildə öyrədilmiş qruplar var, kim İran haqqında, İranın din siyasəti ilə bağlı danışırsa, fikirlər söyləyirsə, ona qarşı hücuma keçirlər: “Çalışırlar ki, qarşı tərəfi müdafiə etsinlər. Ona görə də dini sahədə islahatların daha sürətlə həyata keçirilməsinə ehtiyac var”.

Ceyhun Məmmədov qeyd edib ki, Azərbaycanda 4 minə yaxın QHT var, onların 1000-ə yaxını fəaldır: “Bu gün dini sahədə dövlətin üzərinə daha çox yük düşür, amma partiyalar və dini sahədə fəaliyyət göstərən ictimai birliklərin də bu sahədə fəaliyyətini gücləndirməsinə ehtiyac var”.