20 November 2026

“Abzas Media” jurnalistlərinin həbsindən üç il keçir: müxtəlif ölkələrdən azadlıq çağırışı

“Abzas Media” jurnalistlərinə qarşı təqiblərin başlamasından noyabrın 20-də üç il tamam olub. Bu münasibətlə dünyanın müxtəlif ölkələrindən media qurumları, jurnalistlər və beynəlxalq insan haqları təşkilatları həbsdəki jurnalistlərin azad edilməsini tələb edən həmrəylik kampaniyasına qoşulub.

“Abzas Media”nın yaydığı məlumata görə, kampaniya iştirakçıları video və fotolarla jurnalistlərə dəstək veriblər; redaksiya bu çağırışları bir həmrəylik videosunda toplayıb.

Bəhreyn müxalifəti Əl-Xəlifə rejiminə xəbərdarlıq edir: Bəhreyn xalqı Şeyx İsa Qasimin izi ilə gedir və gedəcək...

Bəhreyn müxalifət qrupları Əl-Xəlifə rejiminə repressiv siyasətini davam etdirməmək barədə xəbərdarlıq edərək Şeyx İsa Qasimin göstərişlərinin yerinə yetirilməsini vurğulayıblar.

Bəhreyn şiələrinin lideri Ayətullah Şeyx İsa Qasimin də daxil olduğu onlarla din aliminə qarşı Əl-Xəlifə rejiminin sərt siyasi hökmlərinə qarşı davam edən reaksiyalardan sonra Bəhreyn müxalifət qrupları yeni bir bəyanat yayaraq aşağıdakıları elan ediblər:

BMT Məhkəməsi: Myanma rohinca müsəlmanlarına qarşı soyqırımı törədib

BMT-nin Beynəlxalq Ədalət Məhkəməsi altıya qarşı doqquz səslə Myanmanın rohinca müsəlman azlığına qarşı soyqırımı törətdiyi barədə qərar çıxarıb.

TASS xəbər verir ki, məhkəmə öz tarixində ilk dəfə bir dövləti soyqırımı törətməyə görə məsuliyyət daşıyan tərəf kimi tanıyıb.

Azərbaycan İraqı məğlub etdi

Azərbaycanın 20 yaşadək futbolçulardan ibarət millisi Bakıda təşkil olunan təlim-məşq toplanışı çərçivəsində keçirdiyi ikinci yoldaşlıq görüşündə qələbə qazanıb.

Ruy Jorjenin baş məşqçisi olduğu komanda İraqın müvafiq yaş qrupundan ibarət seçməsi ilə üz-üzə gəlib.

Tofiq Bəhramov adına Respublika Stadionunda baş tutan görüş U-20-nin 2:1 hesablı qələbəsi ilə başa çatıb. Azərbaycan yığmasının heyətində Nicat Nərimanov və Şahin İbrahimov fərqləniblər.

İtaliyada antisemitizm qanunu qəbul edilib

İtaliya parlamentinin Deputatlar Palatası antisemitizmlə mübarizə haqqında qanun layihəsini yekun səsvermədə qəbul edib. “Euronews”un məlumatına görə, layihənin lehinə 147 deputat səs verib, 93 deputat əleyhinə çıxıb, 5 deputat isə bitərəf qalıb.

Qanun layihəsi antisemitizmin müəyyənləşdirilməsi üçün Beynəlxalq Holokost Xatirəsi Alyansının (IHRA) 2016-cı ildə qəbul etdiyi tərifi əsas götürür. Məhz bu tərif müxalifət daxilində fikir ayrılığı yaradıb.

Tbilisidə binada partlayış baş verib, dağıntılar altından 6 nəfərin meyiti çıxarılıb

Gürcüstanın paytaxtı Tbilisinin Kvemo-Poniçala rayonunda yaşayış binasında partlayış baş verib, nəticədə binanın bir hissəsi dağılıb.

Gürcüstanın Birinci Kanalının məlumatına görə, hadisə bu gün səhər saat 09:00 radələrində beşmərtəbəli binada qeydə alınıb. Partlayışa məişət qazı ilə işləyən qızdırıcının səbəb olduğu ehtimal edilir.

Hadisə nəticəsində ölənlərin ümumi sayı 6-ya çatıb. Onların 3-ü qadın, 1-i kişi, 2-si isə uşaqdır.

İki MBH üzvü azadlığa çıxıb

Həbs dövrünü başa vuran iki Müsəlman Birliyi Hərəkatının üzvü azadlığa çıxıb. Məhbuslardan biri Vahid Əhmədov, digəri isə Vüqar Alıyevdir.

Əhmədov Vahid Vahir oğlu 2023-cü ilin 15 mayında saxlanılmışdı. Kütləvi həbslərin davam etdiyi o dönəmdə inanclılar narotiklərlə bağlı ittihama məruz qalırdı. Vahidin də ittihamı eynilik təşkil edirdi. 2024-cü ilin 30 yanvarında keçirilən məhkəmə inanclını narkotiklərlə bağlı saxta ittihamda müqəssir bilərək 3 il 6 ay müddətinə azadlıqdan məhrum etdi.

Pentaqon İran müharibəsinin xərcinə dair yeni rəqəm açıqladı

İrana qarşı müharibə münaqişə fevral ayından bəri ABŞ ordusunu 48 milyard dollardan çox xərcə salıb.

Bu rəqəmi Pentaqonun Baş nəzarətçisinin müavini Artur Miller Konqresdə Hərbi Dəniz Qüvvələrinin maliyyə idarəetməsi üzrə köməkçi katibi vəzifəsinə namizədliyi ilə bağlı dinləmədə çıxış edərkən səsləndirib: "Bu rəqəmə sursat, hərbi texnika və aparatların dəyişdirilməsi xərcləri və əməliyyat xərcləri daxildir".

Cüdoçumuz dünya çempionatında bürünc medal qazandı

Azərbaycan cüdoçuları Özbəkistanın paytaxtı Daşkənddə keçirilən gənclər arasında dünya çempionatının ilk gününü bir medalla başa vurublar.

Məhəmməd Musayev (66 kq) bürünc mükafata sahib çıxıb.

M.Musayev üçüncü yer uğrunda görüşdə Rusiya təmsilçisi İslam Sultiqovu (Islam Sultigov) məğlub edib.

Xədicə Qədəşova (57 kq) bürünc medal uğrunda qarşılaşmada sloveniyalı Nika Tomca uduzub.

İsrail ordusunun Qəzzanın mərkəzindəki əməliyyatından sonra 6 min fələstinli yenidən köçkün düşüb

İsrail ordusu Qəzza zolağının mərkəzində, Nuseyrat qaçqın düşərgəsinin şimalında quru əməliyyatı keçirib. Qəzza hökumətinin Mətbuat Ofisinin məlumatına görə, noyabrın 18-də təxminən 6 min fələstinli çadır və müvəqqəti sığınacaqlarını tərk etmək məcburiyyətində qalıb.

Kətaib Hizbullah: İraq hökuməti ilə problemləri özəl kanallar vasitəsilə həll edəcəyik

Kətaib Hizbullahın baş katibi Əbu Hüseyn əl-Həmidavi təşkilat üzvlərini normal fəaliyyətlərinə qayıtmağa çağırıb və eyni zamanda İraq hökuməti ilə fikir ayrılıqlarının özəl kanallar vasitəsilə həll ediləcəyini bildirib.

Müqavimət üzvlərinə ünvanladığı mesajda Əbu Hüseyn əl-Həmidavi müqavimət döyüşçülərinin qətiyyətini, fədakarlığını, cəsarətini və Allaha sədaqətini dəyərləndirib və onları bir-birlərinə sevgi və həmrəyliklə yanaşmağa çağırıb.

Rusiya Kiyevə zərbələr endirib – ölənlər var

Rusiya noyabrın 20-nə keçən gecə Ukraynaya pilotsuz uçuş aparatları və raketlərlə kütləvi zərbələr endirib.

Kiyevdə hücum nəticəsində 3 nəfər həlak olub, daha 2 nəfər yaralanıb.

Kiyev meri Vitali Kliçkonun sözlərinə görə, ölənlər “Kiyevvodokanal”ın əməkdaşlarıdır. O, ümumilikdə, təxminən 15 nəfərin yaralandığını bildirib.

ABŞ-nin Beynəlxalq Din Azadlığı Komissiyası Müsəlman Birliyi Hərəkatının (MBH) üzvü Samir Babayevi dini etiqadına görə həbs edilən şəxslər siyahısına daxil edib

ABŞ-nin Beynəlxalq Din Azadlığı Komissiyası (USCIRF) Azərbaycanda Müsəlman Birliyi Hərəkatının üzvü Samir Babayev haqqında məlumat yayıb.

Komissiyanın rəsmi saytında dərc olunan məlumata görə, Samir Babayev 2026-cı ilin mart ayında Sabunçu Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən saxlanılıb. Onun həbsinin qeydiyyatdan keçməmiş Müsəlman Birliyi Hərəkatı ilə əlaqəli olduğu iddia edilir.

Azərbaycanda son bir həftə ərzində üç vəkil barəsində cinayət təqibi başlanıb

Noyabrın 14-dən 19-dək Raman Abışov, Elçin Əmirov və Orxan Kəngərlinin saxlanıldığı məlum olub. Onlardan ikisi dələduzluq və hədə-qorxu ilə tələb etməkdə, biri isə güclü təsir edən maddələrin qanunsuz dövriyyəsində ittiham olunur.

Həbs edilən vəkillər indiyədək bir sıra diqqətçəkən məhkəmə işlərində iştirak ediblər.