İsrail ordusu Livanın cənubunu atəşə tutub
İsrail ordusu Livanın cənubunu atəşə tutub, döyüş təyyarələri bölgə üzərində uçuşlar həyata keçirib.
Çərşənbə günü səhər saatlarında Livanın cənub hava məkanında İsrail Hərbi Hava Qüvvələrinə məxsus döyüş təyyarələrinin uçuşları qeydə alınıb, sərhədyanı ərazilər isə artilleriya və iriçaplı silahlardan atəşə məruz qalıb.
Məlumata görə, İsrail ordusunun Əl-Qəntərə bölgəsində yerləşən mövqelərindən Vadi əl-Hüceyr istiqamətində pulemyotlardan intensiv atəş açılıb.













