17 November 2026

Azərbaycanda QHT-lərin fəaliyyətinin dayandırılması üçün yeni qaydalar təklif olunur

Azərbaycanda qeyri-hökumət təşkilatlarının (QHT) fəaliyyətinin dayandırılması və vaxtından əvvəl bərpası ilə bağlı qərarların məhkəmədən alınaraq müvafiq icra hakimiyyəti orqanına verilməsi təklif olunur.

Bu, “Qeyri-hökumət təşkilatları (ictimai birliklər və fondlar) haqqında” qanuna təklif edilən dəyişikliklər layihəsində əksini tapıb. Layihə Milli Məclisin noyabrın 17-18-də keçiriləcək plenar iclaslarının gündəliyinə daxil edilib.

İranın iqtisadiyyat naziri Xəzərdə blokada xəbərlərini təkzib edir, yüklərin şimal sərhədlərinə axdığını deyir

İranın iqtisadiyyat və maliyyə naziri Seyid Əli Mədənizadə ölkəsinin Xəzər dənizində iqtisadi blokadaya məruz qaldığı barədə məlumatları təkzib edib. Onun sözlərinə görə, İranın Xəzər üzərindən iqtisadi əlaqələri inkişaf edir, ticarət isə xeyli artıb.

Azərbaycan millisi Andorraya qalib gəldi

Futbol üzrə Azərbaycan milli komandası beynəlxalq yoldaşlıq görüşü keçirib.

Ayxan Abbasovun rəhbərlik etdiyi yığma ilin son matçında səfərdə Andorra komandası ilə qarşılaşıb.

Enkamp şəhərində oynanılan görüş Azərbaycan millisinin 3:1 hesablı qələbəsi ilə yekunlaşıb. Yığmamızın heyətində qolları Eşqin Əhmədov, Musa Qurbanlı və Toral Bayramov (penalti) vurublar. Rəqibin heyətində isə İzan Fernandes fərqlənib.

Ayətullah Əli Xamenei və ailə üzvlərinin öldürülməsi işi üzrə 92 ABŞ və 67 İsrail vətəndaşı barəsində ittiham aktı tərtib edilib

İran Məhkəmə-Hüquq Sisteminin sözçüsü Əli Kazemi İranın keçmiş Ali Rəhbəri Ayətullah Əli Xamenei və onun ailə üzvlərinin öldürülməsi ilə bağlı cinayət işinin son vəziyyəti barədə məlumat verib.

O, keçirdiyi mətbuat konfransında bildirib ki, prokurorluq mərhələsində aparılan araşdırma və zəruri hüquqi tədbirlərdən sonra keçmiş Ali Rəhbərin öldürülməsi ilə nəticələnən hücumlarda ittiham olunan 92 ABŞ vətəndaşı və 67 İsrail vətəndaşı olmaqla, ümumilikdə 159 nəfər barəsində ittiham aktı tərtib edilib.

Qarabağ qəhrəmanlarının qızlarını hicab məhdudiyyətlərinə qurban verməyin!

Türkiyə, Qars və İğdır Əhli-beyt (ə) Alimləri Birliyi birgə bəyanat yayaraq Azərbaycan Respublikasının təhsil müəssisələrində hicaba qoyulan qadağanı pisləyib və bu məhdudiyyətlərə son qoyulmasını tələb ediblər.

«Bu məhdudiyyətlərdən zərər çəkən qızlar və müəllimələr Qarabağın müdafiəsi uğrunda fədakarlıq göstərmiş ailələrin övladlarıdır. Bütün bu məqamlar mütləq diqqətə alınmalıdır.”

Bəyanatda Türkiyədə illər öncə yaşanan hicab qadağasına da toxunulub.

Rusiya Kiyevdə Dnepr üzərindəki iki əsas körpünü vurub, şəhərin bir hissəsi susuz və işıqsız qalıb

Rusiya qoşunları bazar ertəsi gecəyə yaxın Kiyevdə Dnepr çayı üzərindəki iki böyük körpünü və digər kritik infrastruktur obyektlərini vurub. Kiyev meri Vitali Kliçko “Telegram”da yazıb ki, ilkin məlumata görə, paytaxtın Şimal və Cənub körpülərinə zərbələr dəyib. Bir qədər sonra mer şəhərin bəzi hissələrində su və elektrik təchizatının kəsildiyini bildirib.

Ayətullah Vəhid Xorasani dünyasını dəyişib

Ayətullah əl-üzma Hüseyn Vəhid Xorasani vəfat edib.

Böyük təqlid müctəhidi bu gün – 17 noyabr səhər saatlarında Qum şəhərində yerləşən xəstəxanada dünyasını dəyişib.

Qeyd edək ki, Ayətullah Xorasani təxminən 2 həftə idi ki, xəstəxanaya yerləşdirilmişdi.

Ayətullah Vəhid Xorasaninin hüzür və dəfn mərasimləri barədə daha sonra məlumat veriləcək.

Bəhreynin “14 Fevral Koalisiyası” üsyana çağırış edir

“14 Fevral Koalisiyası” Bəhreynliləri Şeyx İsa Qasim başda olmaqla çoxsaylı şiə alimlərinə verilən sərt həbs cəzalarına etiraz etməyə çağırıb.

Bəhreyndə 60-dan çox şiə din aliminin ağır həbs cəzasına məhkum edilməsindən sonra 14 Fevral Koalisiyası ictimaiyyəti Əl-Xəlifə rejiminə qarşı ayağa qalxmağa çağırıb.

Türkiyədə polis “Sözcü” telekanalının binasında əməliyyat keçirib, saxlanılanlar var

Türkiyədə polis “Sözcü TV”-nin binasında əməliyyatı keçirib, kanalın və xəbər saytının idarəçiliyinə qəyyum təyin olunub.

NTV telekanalının məlumatına görə, səhər saatlarında polis əməkdaşları “Sözcü TV”-nin binasında axtarışlara başlayıblar. Bina ətrafında təhlükəsizlik tədbirləri gücləndirilib.

Məlumatda bildirilir ki, əməliyyat FETÖ işi ilə bağlıdır. Dörd nəfər barəsində tutulma qərarı verilib.