London Netanyahuya reaksiya verdi: "Britaniya İslam Respublikası" ifadəsi qəbuledilməzdir
Britaniya hökuməti İsrail Baş naziri Benyamin Netanyahunun ölkəni "Britaniya İslam Respublikası" adlandırmasına reaksiya verərək, açıqlamanı "tamamilə qəbuledilməz" adlandırıb.
Məlumata görə, Britaniya hökuməti İsrail Baş naziri Benyamin Netanyahunun "Britaniya İslam Respublikası" ifadəsini işlətməsinə reaksiya verib. Hökumət sözçüsü açıqlamanı "tamamilə qəbuledilməz" adlandırıb və məsələnin İsrail hökuməti qarşısında qaldırıldığını bildirib.













