24 July 2026

İsrailin Livana hücumları nəticəsində ölənlərin sayı 4330 nəfərə çatıb

İsrail ordusunun Livanın cənubuna intensiv hava hücumları nəticəsində ölənlərin sayı 4330 nəfərə çatıb.

Bu barədə Livanın Səhiyyə Nazirliyi məlumat yayıb.

"2 martda hərbi eskalasiyanın başlanğıcından bəri həlak olan livanlıların ümumi sayı 4330-a çatıb, 12236 nəfər isə yaralanıb", - məlumatda deyilir.

Məhkəmə yağışda evlərini su basan sakinlərin lehinə qərar verib

Bir qrup paytaxt sakini yağış yağanda evləri və həyətlərini su basdığına görə İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidmətini məhkəməyə verib.

"Azadlıq Radiosu"nun yazdığına görə, Binəqədi rayonu, 1-ci Mədən, 30-cu Korpus küçəsində yaşayan sakinlər sözügedən qurumdan əraziyə kanalizasiya xətti çəkilməsini tələb edib.

Pakistanda terror aktı törədilib - Hərbçilər həlak oldu

Pakistanın şimal-qərbində terror hücumu nəticəsində azı 14 nəfər həlak olub.

Hadisə Tank rayonunda baş verib. Yüksək sürətlə avtomobil nəzarət-buraxılış məntəqəsinə çırpılıb və güclü partlayış baş verib. Partlayış nəticəsində obyekt tamamilə dağılıb.

Ölənlər arasında doqquz hərbçi, dörd polis məmuru və bir meşə təsərrüfatı rəsmisi var. Ən azı 24 nəfər yaralanıb, onların əksəriyyəti hərbçilərdir.

Rusiya Ukraynada silah sərgisinin keçirildiyi poliqona zərbə endirib, ölənlər var

Rusiya ordusunun Ukraynada müdafiə təyinatlı məhsulların sərgiləndiyi poliqona endirdiyi zərbə nəticəsində ölənlər və dağıntılar olduğu bildirilir.

Bu barədə müdafiə təyinatlı məhsullar istehsal edən First Contact şirkətinin təsisçisi və hərbçi Valeri Borovik Apostrof TV-yə açıqlamasında deyib.

Onun sözlərinə görə, zərbə silah sərgisinin keçirildiyi poliqona endirilib.

Dövlət ittihamçısı Anar Məmmədliyə 14 il, Anar Abdullayevə isə 13 il müddətinə cəza istədi

İyulun 24-də Bakı Ağır Cinayətlər Məhkəməsində Seçkilərin Monitorinqi və Demokratiyanın Tədrisi Mərkəzinin (SMDT) həbsdə olan sədri Anar Məmmədli və ictimai fəal Anar Abdullanın işi üzrə növbəti məhkəmə prosesi keçirilib.

APA yazır ki, hakim Aygün Qurbanovanın sədrliyi ilə keçirilən prosesdə cinayət işində olan sənədlər tədqiq edilib.

Özgür Özel və 91 deputat CHP-dən istefa verərək yeni siyasi partiyanın təsisçiləri sırasına qoşulub

Türkiyədə Özgür Özel də daxil olmaqla 91 deputat Cümhuriyyət Xalq Partiyasından (CHP) istefa verərək yeni siyasi partiyanın təsisçiləri sırasına qoşulub.

“TRT Haber”in məlumatına görə, Özel “Yeni Partiya”nın təsis sənədlərini imzaladıqdan sonra CHP-dən ayrıldığını açıqlayıb. Onun mətbuat qrupu yeni partiyanın yaradılması ilə bağlı hüquqi prosedurların davam etdiyini bildirib.

UEFA Avropa Liqası: "Qarabağ" - ÇSKA oyununda qalib müəyyənləşməyib

UEFA Avropa Liqasının II təsnifat mərhələsinin ilk oyununda "Qarabağ" ÇSKA (Sofiya, Bolqarıstan) ilə qarşılaşıb.

"Report" xəbər verir ki, Tofiq Bəhramov adına Respublika stadionunda keçirilən qarşılaşmada hesab açılmayıb - 0:0

Komandalar arasında cavab matçı iyulun 30-da Sofiya şəhərində baş tutacaq.

Bu dueldə qələbə qazanan tərəf "Şerif" (Moldova) - "Makkabi (Tel-Əviv, İsrail) cütünün qalibi ilə üz-üzə gələcək.

Netanyahu həbs edilməlidir - "Amnesty International"

Beynəlxalq Amnistiya Təşkilatının ("Amnesty International") nümayəndəsi Erika Gevara Rosas İsrailin Baş naziri Benyamin Netanyahunun həbs olunaraq Beynəlxalq Cinayət Məhkəməsinə (ICC) gətirilməsinə çağırıb.

Bu barədə  "Al jazeera" məlumat yayıb. 

"ABŞ hökuməti insan hüquqlarını qorumalı və qanunun aliliyinə hörmət etməlidir", - deyə nəşr Rosasdan sitat gətirib. 

Neft qiymətləri psixoloji həddən yuxarıda: Artım davam edir

Ənsərullah-ın Bab-əl Məndəb boğözında tankerlərə hücumu, ABŞ-ın İranın əsas neft ötürülən Xarq adasını tutmaq planlarına dair məlumatlar, həmçinin Novorossiyskdə Ukrayna hücumları nəticəsində Qazaxıstan neftini dünya bazarına ötürən Xəzər Boru Konsorsiumunun terminallarında fəaliyyətin dayandırılması dünya neft bazarında qiymətlərin daha sürətlə yüksəlməsinə səbəb olub.

KİV: İran ABŞ-ın yeni atəşkəs təklifini rədd edib

Tehran Vaşinqton cümə axşamı İraqın Baş naziri Əli əl-Zeydi tərəfindən təqdim edilən atəşkəs təklifini rədd edib.

Bu barədə "The New York Times" (NYT) qəzeti mənbələrə istinadən məlumat verib.

Qəzetin məlumatına görə, İran rəsmiləri Tehranın Hörmüz boğazına nəzarət məsələsini həll olunmamış qoyacaq müvəqqəti razılaşmada maraqlı olmadığını bildiriblər.

Qəzet Amerika təklifinin şərtlərini açıqlamayıb.

Aynur Elgünəş “Abzas Media”ya müsahibə verib: “Əliyev iqtidarı sözdən qorxur!”

“Meydan TV işi” üzrə iki ilə yaxındır həbsdə saxlanılan baş redaktor Aynur Elgünəş (Qənbərova) Milli Mətbuat Günü münasibətilə “Abzas Media”ya müsahibə verib.

O, həbsdə keçirdiyi ikinci Milli Mətbuat Günündən, Azərbaycanda müstəqil medianın vəziyyətindən, jurnalist həbslərinin ifadə azadlığına təsirindən və hakimiyyətin informasiya axınına nəzarət cəhdlərindən danışıb.

Aynur Elgünəşin “Abzas Media”ya müsahibəsini təqdim edirik.