11 June 2026

İraqda daha bir şiə qrupu silahlarını hökumətə təhvil verib

İraqda fəaliyyət göstərən şiə silahlı qruplarından biri olan İmam Əli Briqadaları silah inventarını hökumətə təhvil verib.

Bu barədə Hökumət Nəzarətində Silahların Toplanması və Silahlı Bağlantıların Dayandırılması Komissiyası məlumat yayıb.

Bəyanata əsasən, qrupun şəxsi heyəti ilə bağlı məlumatlar, silah siyahıları və nəqliyyat vasitələrinin qeydiyyat sənədləri rəsmi şəkildə dövlət qurumlarına təqdim olunub.

Məhəmməd Mirzəliyə qarşı sui-qəsd planında ittiham olunan şəxsə 30 il həbs verilib

İyunun 10-da Fransanın Renn Xüsusi Andlılar Məhkəməsi bu ölkədə yaşayan azərbaycanlı bloger Məhəmməd Mirzəliyə qarşı sui-qəsd cəhdi ilə bağlı cinayət işi üzrə hökm çıxarıb. İş üzrə mütəşəkkil cinayətkar dəstənin tərkibində qətl cəhdində ittiham olunan 9 nəfər mühakimə edilib.

M.Mirzəlinin “Qəzetçi”yə dediyinə görə, məhkəmə hücumun təşkilatçısı hesab edilən və ona bıçaqla xəsarət yetirən Emin Qasımovu 30 il müddətinə azadlıqdan məhrum edib.

Ramil Babayev yazır: “Təcridxananın rəis müavini dedi ki, mən dövlət babayam, mənim sözüm qanundur”

"Toplum TV işi" üzrə həbsdə olan, Demokratik Təşəbbüslər İnstitutunun (IDI) əməkdaşı Ramil Babayev saxlanıldığı Bakı İstintaq Təcridxanasından yazır:

"Bakı İstintaq Təcridxanasının rəis müavini Cavid Güləliyevin son işgəncə hadisəsi ilə bağlı əməllərinə dair əldə etdiyim məlumata görə, onun həmin şəxsə (əvvəlki məktubda adı çəkilən məhbusa) qarşı törətdiyi zorakılıq, təhqir və intihara sürükləmə halları bununla bitməyib.

SEPAH: Küveyt və Bəhreyndə 18 ABŞ hədəfinə zərbə endirdik

İran İnqilab Keşikçiləri Korpusu (SEPAH) ABŞ-ın İranın cənubuna hücumlarına cavab olaraq həyata keçirilən əməliyyatlarla bağlı yazılı açıqlama yayıb.

Açıqlamada ABŞ hücumlarının Bəndər Abbas hava limanını, polis və təhlükəsizlik bölmələrini hədəf aldığı, hava qüvvələri və donanmanın ABŞ bazalarına qarşı cavab zərbələri endirdiyi bildirilib.

Bu gün futbol üzrə dünya çempionatı başlayır

Tarixdə ilk dəfə üç ölkənin - ABŞ, Kanada və Meksikanın ev sahibliyi edəcəyi futbol üzrə dünya çempionatı bu gün start götürəcək.

Mundialın açılış matçı A qrupunda Meksika və Cənubi Afrika Respublikası yığmaları arasında baş tutacaq. Paytaxt Mexiko şəhərində yerləşən “Asteka” stadionunda təşkil olunacaq qarşılaşma Bakı vaxtı ilə saat 23:00-da başlayacaq. Görüşü braziliyalı FIFA referisi Vilton Sampayo idarə edəcək.

İran Hörmüz boğazını bütöv gəmilər üçün bağladı

İran Hörmüz boğazını bütün gəmiçiliklər üçün bağlayır. Bu barədə İran ordusunun Xatəm əl-Ənbiya Mərkəzi Qərargahı məlumat yayıb.

Qeyd olunur ki, boğazdan keçən nəqliyyat bütün növ gəmilər, o cümlədən neft tankerləri və ticarət gəmiləri üçün bağlıdır. Hörmüzdən keçməyə çalışan istənilən gəmi hücuma məruz qalacaq.

CHP-də bütün diqqətlər Kılıçdaroğlu və Özelin strategiyasındadır

Məhkəmə qərarı ilə CHP sədri təyin edilən Kamal Kılıçdaroğlu bu gün ilk Partiya Şurasını (PM) çağıracaq. Kamal Kılıçdaroğlu və Özgür Özgürün komandalarının yol xəritələri PM iclasından əvvəl aydınlaşıb. İclasda Özel və komandası fövqəladə qurultay üçün qərar qəbul etməyə çalışacaqlar. CHP PM və Mərkəzi İcraiyyə Komitəsinin qaydalarına əsasən, iclasların gündəliyi sədr tərəfindən müəyyən edilir. Lakin, 13 PM üzvlərinin imzası ilə təqdim edilən təkliflər də sədr tərəfindən gündəliyə daxil edilməlidir.

"İranla müharibə onu sübut etdi ki, burada tək qərar verən şəxs Netanyahudur".

Dünyaca məşhur amerikalı jurnalist və siyasi şərhçi Taker Karlson ABŞ-ın Yaxın Şərqdə apardığı siyasəti, İranla hərbi qarşıdurmanı və Ağ Evin regional uğursuzluqlarını hədəf alan sensasion, sarsıdıcı bəyanatlarla çıxış edib.

Jurnalist öz müəllif proqramında Vaşinqtonun hərbi qüdrətinin mifdən ibarət olduğunu və ABŞ dövlətinin əslində kənardan idarə edildiyini iddia edərək beynəlxalq mediada bomba effekti yaradan ifşalar yayıb.

SEPAH: ABŞ qırıcılarının yerləşdiyi məntəqə məhv edilib

İran İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) bu gün səhər 12 ballistik raketlə ABŞ-a məxsus F-35, F-15 və F-16 qırıcılarının yerləşdiyi məntəqələri hədəfə aldığını açıqlayıb.

SEPAH bu addımın ABŞ-ın Əlborz vilayəti və Tehran vilayətinin Vəramin şəhərinə raket hücumlarına cavab olduğunu bəyan edib.

Həmçinin SEPAH Əl-Əzraq hava bazasında yerləşən mühüm hərbi obyektləri və komandanlıq-idarəetmə mərkəzini hədəfə aldığını bildirib.