Hacc ziyarətindəki zəvvarlardan ibarət ilk təyyarə Azərbaycana yola düşüb.
Bu barədə Qafqaz Müsəlmanları İdarəsinin Xarici Əlaqələr şöbəsinin müdiri və Hacc Elektron Sistem rəhbəri Vüsal Cahangiri məlumat verib.
O bildirib ki, təyyarə yerli vaxtla saat 12:30-da Bakıya çatacaq: “Bu gün ümumilikdə 180 zəvvar Azərbaycana yollanacaq. Günün ikinci zəvvar təyyarəsi isə yerli vaxtla saat 15:50-də yola düşəcək”.
Vüsal Cahangiri qeyd edib ki, zəvvarlardan ibarət digər təyyarələr gündə 2 reys olmaqla 7 və 9 iyunda yola düşəcəklər.
Xatırladaq ki, bu il ümumilikdə 1150 nəfər Hacc ziyarətinə gedib.
Hacc ziyarətindəki zəvvarlar Azərbaycana yola düşüb