CNN telekanalının yaydığı məlumata emosional reaksiya verərək, "qızşivəni" salanlara kiçik bir xatırlatma:
Aydındır ki, məlumatın arxasında heç də xoş niyyət dayanmır. O da aydındır ki, belə bir materialı yaymaqda məqsəd Azərbaycanla İran arasında qarşıdurma yaratmaqdır.
Başqa aydın olan məqamlar da var, amma özünə əl qatanlar nədənsə bu barədə susmağa üstünlük verirlər. Həmin məqamlara aydınlıq gətirmək üçün isə ən azı iki suala cavab vermək lazımdır:
1. Məlum məqalə niyə indi ortaya çıxdı?
2. Bu, kimin maraqlarına xidmət edir?
Amma deyəsən, narahat suallar olduğu üçün bunlara cavab axtarmağa ehtiyac duyulmur. O zaman icazənizlə bu və digər suallara aydınlıq gətirməyə çalışaq:
1. CNN-in yaydığı məlumatı Azərbaycan rəsmi səviyyələrdə təkzib etdi, amma İsrail tərəfi nədənsə kanalın sualını cavabsız qoydu...
2. Öncə buna oxşar xəbərlər (məsələn, İsrail xüsusi xidmət orqanları olar Mossadın və ŞABAK-ın məlumatı əsasında guya Azərbaycanda İran casuslarının törətmək istədiyi te**or aktlarının qarşısının alınması) İsrail mediasında yayılmışdı. Amma o zaman Azərbaycanın dövlət orqanları buna heç bir reaksiya vermədilər.
3. CNN ABŞ-da Fox News və CBS-lə bərabər ən İsrail yönümlü telekanallardandır ki, orada çalışan Wolf Blitzer, Jake Tapper, Dana Bash kimi aparıcı jurnalistlər və digərləri İsrail sevgilərini nəinki gizlətməyə çalışırmırlar, əksinə, ən qabarıq şəkildə nümayiş etdirirlər. Maraqlıdır, onlar niyə belə bir yalan xəbərin qarşısını almağa cəhd etməyiblər?
Amma qayıdaq məlum məqalənin yayılması ilə bağlı yuxarıda qeyd etdiyim iki suala: "niyə indi?" və "kimə lazımdır?" suallarına.
Xarici və daxili səbəblərdən Tramp adminstrasiyası bütün vasitələrlə İranla müharibənin yenidən qızışmasından yayınmağa çalışır. Bunun da bir neçə səbəbi var.
Ağ Evdə İranın Venesuela olmadığını nəhayət dərk etdilər. Amma bu, heç də əsas səbəb deyil, çünki başlanılmış müharibə ABŞ siyasətində təkcə daxili böhran yaratmadı, həm də Vaşinqtondun qlobal maraqlarına və beynəlxalq nüfuzuna sarsıdıcı zərbə vurdu. ABŞ bölgədəki ənənəvi müttəfiqləri olan ərəb monarxiyalarının bir xeylisini artıq itirdi.
ABŞ hərb maşınının zəif nöqtələri bütün dünyaya, ilk növbədə də Vaşinqtonun qlobal maraqlar uğrunda mübarizədəki rəqiblərinə əyan oldu. Tramp administrasiyası dünyanı iqtisadi böhran təhlükəsi ilə üz-üzə qoymaqla münasibətlərində onsuz da ziddiyyətlər yaranmış ənənəvi Qərb müttəfiqlərini itirdi.
Başqa səbəblər də sadalamaq olar, amma elə bunlar kifayət edir ki, Vaşinqton Tehrana qarşı müharibənin davamında maraqlı olmasın. Bəs müharibənin ikinci (əslində isə birinci) səbəbkarı olan İsrailin mövqeyi necədir? Buna da bir qədər əvvəl Trampla Netanyahu arasında baş tutmuş telefon danışığından mediaya sızdırılmış məlumatdan aydınlıq gəldi.
Söhbət hər iki ölkənin hökumətinə yaxınlığı ilə tanınan "Axios" saytında dərc olunmuş məqalədən gedir. İsrail hökumətinə xüsusi bağlılığı olduğu deyilən müəllif Barak Ravidin həmin məqaləsində deyilirdi ki, telefon danışığı zamanı İrana qarşı müharibənin davamında israr edən Netanyahuya Donald Tramp küçə söyüşləri ilə cavab verib.
O cümlədən də "Are you fu**ing crazy" (sən.... dəlisən?) ifadəsini işlədib. Bu da azmış kimi, Tramp deyib ki, bu müharibəyə görə hamı sənə və İsrailə nifrət edir. Buradan belə nəticəyə gəlmək olur ki, ABŞ administrasiyası İrana qarşı müharibənin davamında maraqlı deyil. Netanyahu isə tam əksinə, fasiləsiz müharibəni özü və ölkəsi üçün yeganə çıxış yolu kimi görür.
Deməli, ABŞ-ı müharibənin davamına sövq etmək mümkün deyilsə, başqa variantlar haqqında düşünmək lazımdır. O cümlədən də İranla digər dövlətlər arasında gərginlik yaratmaq barədə. Sual olunur ki, belə bir ssenari kimə lazımdır? Azərbaycan hakimiyyətinin təbliğatçıları primitiv yalanlarını davam etdirərək, Vaşinqtonu göstərməyə çalışırlar.
Niyə Vaşinqtonu? Çünki Təl-Əvivi göstərmək barədə tapşırıq verilməyib, çünki Təl-Əvivi göstərməklə bu günədək özlərinin aylardır tirajladıqları yalanlarını elə özləri də ifşa etmiş olarlar. Onların isə uydurma olduğu bir az ağlı, bir az da sağlam düşüncəsi olan hər kəsə elə ilk gündən bəlli idi.
Nəhayət, sizcə CNN-in yaydığı yalan Azərbaycan-İran münasibətlərinə daha çox zərbə vurmaq gücündədir yoxsa qətlə yetirilmiş iranlı uşaqların, ölkənin ali dini rəhbərinin ünvanına təhqirlər yağdırmaq? Bəlkə bütün mədəni dünyanın kəskin etiraz etdiyi fələstinli soyqırımına əxlaqsızcasına bəraət qazandırmaq və ya yüzlərlə bu kimi başqa hərəkətlər? CNN-in yalanı öz yerində, amma sadalananları edənlər dəqiq CNN deyildi.
Ərəstun Oruclu
Azərbaycanla İran arasında gərginlik yaratmaq kimin maraqlarına xidmət edir?!