İran millisi DÇ-2026 üçün ABŞ vizası aldı

İranın futbol üzrə milli komandasının 2026-cı il dünya çempionatında (DÇ-2026) iştirakı ilə bağlı viza problemi həll olunub.

“Al Arabiya” telekanalının Ağ Evdəki mənbələrinə istinadən verdiyi məlumata görə, iranlı futbolçuların ABŞ-yə giriş vizaları artıq təsdiqlənib.

Siyasi gərginliklərə baxmayaraq, idman diplomatiyası qalib gəlib və İran yığması turnirdə tam heyətlə iştirak edə biləcək. Təqvimə əsasən, Asiya təmsilçisinin çempionatdakı ilk sınağı iyunun 15-də Los-Ancelesdə baş tutacaq. Onların ilk rəqibi Yeni Zelandiya millisi olacaq.

Qrupdakı digər rəqiblər: İran komandası dünya çempionatının qrup mərhələsi çərçivəsində, həmçinin Belçika və Misir yığmalarına qarşı da gərgin qarşılaşmalara çıxacaq.

Hazırda İran millisi DÇ-2026-nın startına ciddi hazırlıq prosesini davam etdirir.