08 January 2026

İmam Hüseyn (ə) Ziyarətgahında meqa-layihə icra olunur

Kərbəlada İmam Hüseynin (ə) müqəddəs Ziyarətgahının ətrafında bir dəfədə bir milyon nəfərdən çox zəvvarı qəbul edəcək “böyük genişləndirmə layihəsi” icra olunur.

Layihə İraqda dini xarakterli ən iri tikinti təşəbbüslərindən biri hesab olunur və ziyarətlərin daha təhlükəsiz, nizamlı və səmərəli təşkili məqsədi daşıyır.

Aİ Rusiyadan təxminən 2 milyard avroluq metal aldı

Müharibəyə və Rusiyaya qarşı tətbiq olunan 18 sanksiya paketinə baxmayaraq, Avropa İttifaqı Moskva ilə metal ticarətini davam etdirir.

Aİ ölkələri xüsusilə piltələr və çuqun daxil olmaqla, Rusiya metal məhsullarını almaqda davam edib.

Məlumata görə, təkcə 2025-ci ilin yanvar–oktyabr aylarında Avropa İttifaqı Rusiyadan 1,72 milyard avro dəyərində metal məhsulları idxal edib. Bu isə sanksiyaların real təsiri ilə bağlı ciddi suallar yaradır.

Amnistiya aktı 3.846 məhbus üzərində icra edilib

"Konstitusiya və Suverenlik İli" münasibətilə aministiya elan edilməsi haqqında Milli Məclisin 19 dekabr 2025-ci il tarixli qərarı 22 dekabr tarixindən 7 yanvar tarixinədək Ədliyyə Nazirliyinin Penitensiar və Probasiya xidmətləri üzrə (Naxçıvan MR da daxil olmaqla) 3.846 məhkum barəsində tətbiq olunub.

Bu barədə Ədliyyə Nazirliyindən bildirilib.

Trampın Qəzza İdarəetmə Planı: Beynəlxalq Şura yaradılacaq, Türkiyə dəvət olunacaq

ABŞ Prezidenti Donald Trampın administrasiyası Qəzzada müharibədən sonrakı sülh və yenidənqurma prosesini idarə etmək üçün beynəlxalq "Qəzza Sülh Şurası" yaratmağı planlaşdırır. Trampın özünün sədrliyi gözlənilən şura təxminən 15 ölkənin liderlərindən ibarət çoxmillətli bir struktur olacaq. Türkiyə də bu şuraya dəvət olunan ölkələr arasındadır.

Hələbdə döyüşlər yenidən alovlanır: Yüzlərlə mülki şəxs ərazidən qaçır

Suriya Mülki Müdafiəsi günorta saatlarına qədər Hələbdəki iki məhəlləni təxminən 850 nəfərin tərk etdiyini açıqlayıb.

Çərşənbə günü Suriyanın şimalındakı Hələb şəhərində toqquşmalar baş verib.

Çərşənbə axşamı ölümcül zorakılığın baş verdiyi ərazidə ordu mülki şəxslərin çıxması üçün iki dəhliz açıb və yüzlərlə insan əsasən kürdlərin yaşadığı iki məhəlləni tərk edib.

İranın 92 şəhərində kütləvi etiraz aksiyaları keçirilir

İranda kütləvi iğtişaşlar 27 əyalətin 92 şəhərinə yayılıb.

Son 10 gün ərzində 27 əyalətin 92 şəhərində, 22 universitet də daxil olmaqla 285 yerdə etiraz aksiyaları keçirilib.  Etirazlarda 38 nəfər ölüb, 2076 nəfər həbs edilib.

Ölkənin paytaxtı Tehran da daxil olmaqla 16 böyük şəhərdə nümayişlər keçirilib. 

"Barselona" darmadağınla finala yüksəldi

Futbol üzrə İspaniya Superkubokunda yarımfinalın ilk oyunu keçirilib.

"Barselona" finala gedən yolda "Atletik"lə qarşılaşıb.

Səudiyyə Ərəbistanında reallaşan görüş Kataloniya təmsilçisinin 5:0 hesablı qələbəsi ilə bitib.

“Barselona” həlledici görüşdə "Real Madrid” və "Atletiko" komandaları arasında bu gün keçiriləcək matçın qalibi ilə üz-üzə gələcək. Qarşılaşma Bakı vaxtı ilə saat 23:00-da başlayacaq.

Pakistan Müsəlman Liqası Məclisinin sədri: İmam Hüseynin (ə) davamçıları həmişə zülmə qarşı çıxıblar

Pakistan Müsəlman Liqası Məclisinin prezidenti, senator Raca Nasir Abbas Cəfəri, Ayətullah Xameneinin girdiyi hər döyüşdə düşməni məğlub etdiyini bildirərək, İmam Hüseynin (ə) davamçılarının həmişə zülmə qarşı çıxdığını vurğulayıb.

Bu gün dünyada bir çox siyasi və sosial davranışlar "cəhalətin" açıq təzahürüdür

Ayətullah Cavadi Amuli: “Bu gün dünyada müşahidə olunan zülmlərin, qanunsuzluqların və siyasi-sosial davranışların əksəriyyəti cəhalətdən deyil, cahiliyyətin (İslamdan öncəki dövr) aydın şəkildə başa düşülməməsindən qaynaqlanır. Bu vəziyyətdən çıxış yolu yalnız Quran, Əhli-beyt və ilahi vilayət məntiqinə qayıtmaqla mümkündür.”

Çin Venesuela neftini İran nefti ilə əvəz edir

ABŞ-ın Venesuelaya hərbi hücumundan sonra Çin alternativ təchizatçılar axtarmağa başlayıb.

Müstəqil Çin neft emalı zavodlarının qarşıdakı aylarda Venesueladan alışlarını əvəz etmək üçün əsasən İrandan müxtəlif mənbələrdən gələn ağır xam neftə müraciət edəcəyi gözlənilir. Bu dəyişikliyin, xüsusən də ağır və endirimli xam neft tədarükündə əhəmiyyətli bir düzəlişə səbəb olacağı gözlənilir.