07 January 2026

"Yuventus" səfərdə qələbə qazandı

İtaliya A Seriyasında XIX tura start verilib.

İlk oyun günündə üç görüş keçirilib. Hər üç qarşılaşmada qonaqlar qələbə qazanıblar.

“Komo” “Piza”nı, “Yuventus” “Sassuolo”nu 3:0, “Roma” isə “Leççe”ni 2:0 hesabı ilə məğlub edib.

Hazırda həm “Yuventus”, həm də “Roma”nın 36 xalı var. Bu komandalar turnir cədvəlində, müvafiq olaraq 4-5-ci yerləri bölüşürlər.

İranda rəngli inqilabın təhlükəsi!

İran yeni ilə etirazlarla daxil olub. İran rialının dollara qarşı həddindən artıq devalvasiyası onsuz da çətin vəziyyətdə olan İran iqtisadiyyatını daha da gərginləşdirib və insanları küçələrə çıxarıb. Etirazlar günlərdir davam edir. Qapalı bazarda mağazaların bağlanması ilə başlayan hadisə universitet tələbələrinin Ali Rəhbərə qarşı etirazına çevrilib.

Stomatoloqlar TƏBİB qarşısında etiraz edib: “34 ildir fəaliyyət göstərən həkimi ixtisar etmək nə dərəcədə doğrudur?”

Yanvarın 7-də Azərbaycanın müxtəlif rayonlarından olan bir qrup stomatoloq Bakıda Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) inzibati binasının qarşısında etiraz aksiyası keçirib. 

Etirazçılar bildiriblər ki, aksiyaya səbəb iş yerlərinin ixtisar olunmasıdır. Aksiya iştirakçıları baş verənlərə görə TƏBİB rəhbərliyini günahlandırıblar.

Vəkil: “Məntəqə rəhbərliyi dustaqları Möhyəddin Orucova qarşı qaldırır”

13 saylı Cəzaçəkmə müəssisəsində məhbusların “İşçi Masası” Həmkarlar İttifaqları Konfederasiyasının (HİK) həbsdə olan üzvü Möhyəddin Orucova qarşı qaldırıldığı deyilir.

“Meydan TV”-nin xəbərinə görə, bu barədə Orucovun vəkili Nazim Musayev bildirib.

Vəkilin sözlərinə görə, Möhyəddin Orucov bir müddət əvvəl müəssisə rəhbərliyindən rəsmi qaydada icazə alaraq ailəsi ilə videozəng vasitəsilə danışarkən ekrandan “screenshot” alıb. Hadisələr də məhz bundan sonra başlayıb.

Dövlət Sərhəd Xidmətinin baş-leytinantının intihar etdiyi deyilir

2026-cı il 2 yanvar tarixində Dövlət Sərhəd Xidmətinin Yevlax şəhərində yerləşən N saylı hərbi hissəsində intihar hadisəsi baş verib. 1988-ci il təvəllüdlü zabit – baş-leytenant Şamo Emin oğlu Əliyev odlu silahdan atəş açaraq intihar edib. Hərbçi Ağdam rayonu Çəmənli kənd sakinidir. Zabit ailəli olub, övladları var idi. DSX hadisə ilə bağlı rəsmi məlumat paylaşmayıb.

İsraildə avtobus etirazçıların içərisinə daxil olaraq vətəndaşlara xəsarət yetirib, ölən var

Qüdsdə hökumətin məcburi hərbi xidmətinə etiraz edən ultra-ortodoks (Haredi) yəhudilərini hədəf alan hadisə bir daha ölkədəki dövlət repressiyalarını və təhlükəsizlik boşluqlarını ortaya qoydu. Dinc etiraz zamanı bir avtobus izdihama girərək bir nəfəri öldürdü və ən azı üç nəfəri yaraladı.

Səudiyyə Ərəbistanı Yəməndə Cənub Keçid Şurasının qüvvələrinə zərbələr endirib

Səudiyyə Ərəbistanının rəhbərlik etdiyi koalisiya Yəmənin cənub-şərqində yerləşən Əd-Dali əyalətində Cənub Keçid Şurasının qüvvələrinə zərbələr endirib.
Bu barədə Səudiyyə Ərəbistanının "SPA" agentliyi "X" hesabında məlumat yayıb.

Məlumata görə, koalisiya düşərgələri tərk edən silahlı qrupların hərəkətini izləyib və onları Əd-Dali əyalətindəki Əl-Zand düşərgəsi yaxınlığında yerləşən binada aşkar edib. Bundan sonra məhdud və qabaqlayıcı zərbələr endirilib.

İsrailin Əl-Əqsa imamına təzyiqi davam edir - Şeyx İkrimənin səyahət qadağası uzadıldı

İsrail hökuməti Əl-Əqsa Məscidinin İmamı Şeyx İkrimə Səbriyə tətbiq edilən səyahət qadağasını 22 may 2026-cı ilə qədər uzadıb. Qərarın İsrail Baş naziri Binyamin Netanyahunun imzası ilə qüvvəyə mindiyi bildirilir.

Şeyx Səbrinin hüquq ofisindən verilən açıqlamada İsrail Daxili İşlər Nazirliyinin bu qərarının Fələstin dini liderinə qarşı uzun təzyiq və pozuntular zəncirində yeni bir halqa olduğu vurğulanıb. Bəyanatda tədbirin qanuni deyil, tamamilə özbaşına olduğu qeyd edilib.

Ayətullah Seyid Əli Xamenei: İsrailə etibar etmək olmaz

Ayətullah Seyid Əli Xameneidən İsrail mesajlarına sərt reaksiya

İran İslam Respublikasının Ali Rəhbəri Seyid Əli Xamenei çərşənbə axşamı İsrail mediasında yayılan və Təl-Əvivin guya Tehrana hücum etmək niyyətində olmadığına dair “sakitləşdirici mesajlar” göndərməsi barədə iddialara münasibət bildirib. O, bu mesajların səmimiliyinə tam şübhə ilə yanaşdığını açıqlayıb və İsrailin etibarlı tərəf olmadığını vurğulayıb.

"Roma" səfərdə inamlı qələbə qazandı

İtaliya A Seriyasının 19-cu turu çərçivəsində "Roma" səfərdə "Leççe"nin qonağı olub.

Matç paytaxt təmsilçisinin üstünlüyü ilə keçib. Fergüson (14) və Dovbikin (71) dəqiq zərbələri "canavarlar"ın qələbəsini təmin edib - 0:2.

Bu nəticədən sonra "Roma" 36 xalla yarış cədvəlində 4-cü pilləni tutur. "Leççe" isə 17 xalla 16-cı sırada qərarlaşıb.